Prezident təqaüdünün artırılması üçün büdcədən pul ayrılacaq – 1,9 milyonbackend

Prezident təqaüdünün artırılması üçün büdcədən pul ayrılacaq – 1,9 milyon

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən İnterpress.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 20 fevral 2018-ci il tarixli Fərmanı Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləğinin 2018-ci il martın 1-dən artırılaraq 1500 (min beş yüz) manat müəyyən edilməsini nəzərdə tutur. Fərmana əsasən, müvafiq artımın edilməsi üçün dövlət büdcəsindən ilin sonunadək 360 min manat əlavə vəsait ayrılacaq.

İnterpress.az