Bağçalıdan pedofillərlə bağlı sərt sözlər: “Boğazına edam ipi keçirilməlidir”backend

Bağçalıdan pedofillərlə bağlı sərt sözlər: “Boğazına edam ipi keçirilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaq istismarlarına sərt münasibət göstərən MHP lideri Dövlət Bağçalı, “Ya anasından doğulduğuna peşman edilməli, ya da dar ağacında boğazına edam ipi keçirilməlidir ” deyib.

İnterpress.az xəbər verir ki, Adana və Antaliyada baş tutan uşaq təcavüzlərlə bağlı danışan Dövlət Bağçalı deyib ki, bu hadisələr duyğu sahibi hər vətən övladını utanca sürükləyib:

“Ən utancverici, ən bağışlanmaz cinayətlər qadınlara, uşaqlara qarşı işlənib və işlənməkdədir. Allah eşqinə dayanıb sorğulayın. Tərtəmiz günahsızın gözünə necə baxacayıq? Uşaqlarına qəsd edilmiş bir mədəniyyətin ümidləri, xəyalları qırıq olar. Cinsi obyekt kimi görülən, evlilik yaşı ilə bağlı oyun oynayar kimi fikilər paylaşılan millətin hüznü dağlar qədərdir. Məsuliyyətimiz təkcə bununla qısıtlanmamalıdır. Dayandıra bilmiriksə, deməli əksik olan bir şeylər var. Alçaqlara, namussuzlara uşaqlarımızı əsla təslim etməyəcəyik. Qadına əl qalxdığı, uşaqlarla bağlı cinsi istismar cinayətləri olduğu müddətcə demokratiyadan söhbət açmaq imkansızdır.

Birləşmiş Millətlər tərəfindən 20 noyabr 1989-cu ildə qəbul olunan uşaq haqları müqaviləsi bir insan haqları sənədidir. Türkiyədə bu müqavilə 1990-cı ildə təsdiqlənib. Kim ki, uşaqların haqqını, hüququnu inkar və məhv etməyə çalışırsa, ya anasından doğulduğuna peşman edilməli, ya da dar ağacında boğazına ip keçirilməlidir”. (minval.İnfo )

İnterpress.az