Şahin Şıxlinskinin doğum günüdürbackend

Şahin Şıxlinskinin doğum günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Diaspor.az-a istinadən xəbər verir ki, bu gün Azərbaycan diasporunun tanınmış simalarından biri Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin doğum günüdür.

Şahin Şıxliniski Rusiyada yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin mənafeyinin qorunmasında, ümumiyyətlə, iki dövlətin siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin möhkəmlənməsində müstəsna xidmətləri var.
Təsadüfi deyil ki, o, Azərbaycanla bağlı bütün tarixi günlərin, bayramların, eləcə də xalqımızın başına açılan faciələrin Rusiyada qeyd olunmasını bir missiya kimi həyata keçirən ən fəal diaspor sədri kimi tanınır.

Şahin Şıxliniski Yeketerenburqda təhsil alan gənclərin koordinasiya olunması, bu ölkədə yaşayan ziyalıların bir araya gəlməsi, Azərbaycan naminə müəyyən layihələrin həyata keçirilməsində də öndə olan şəxslərdəndir. O, azərbaycanlılar üçün dərsliklər çap olunmasından tutmuş, Yeketerenburqda bir neçə ali təhsil müəssisəsində “Azərbaycan guşəsi”nin yaradılması kimi mühüm işlərə imza atıb.

Şahin Şıxliniski fəaliyyətinin başlıca istiqaməti həm də yaşadığı və fəaliyyət göstərdiyi şəhərdə Azərbaycana qarşı olan qüvvələrlə mübarizə, xüsusi ilə erməni əks-təbliğatının qarşısını almaq, Vətənimizlə bağlı həqiqətləri təqdim etməkdir. Bunun üçün o, Yeketrunburqda bir neçə beynəlxalq tədbirlərin, elmi konfransların, aksiyaların, xeyriyyə tədbirlərinin keçrilməsinə nail olub. Eyni zamanda ermənilərin Azərbaycan ərazisində həyata keçirdiyi soyqırmlar, vəhşiliklər barədə təhqiqatlar aparıb, bununla bağlı müəyyən vəsaitlər çap etdirib.

Şahin Şıxliniskini Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edib.
Şahin Şıxlinski 1966-cı il fevralın 20- də Qazax rayonunun II Şıxlı kəndində anadan olmuşdur. O, 1973-cu ildə orta məktəbə daxil olmuş, 1983-cu ildə isə təhsilini bitirmişdir. 1984-1986-cı illərdə Sovet ordusunda baş mexanik-surucu, serjant vəzifəsində calışmışdır. Şahin Şıxlinski 1986-cı ildə “Sverdlovskqrajdanstroy” trestində calışmış, Komsomol Komitəsinin katibi vəzifəsinə secilmişdir. Sonralar o, “E” İnşaatda Huquq şobəsinin mudiri vəzifəsində çalışmışdır. Həmyerlimiz 1995-ci ildə Yekaterinburq şəhərində Ural Dovlət Hüquq Akademiyasını bitirmiş, həmçinin bu Akademiyanın aspiranturasında təhsil alaraq elmi dərəcə əldə etmişdir. 1996-1999-cu illərdə Şahin Şıxlinski “Prestij-Servis” İstehsalat Kommersiya Firmasının prezidenti olmuşdur. Fəaliyyəti dövründə diaspor həyatına ciddi bağlı olan və bu sahənin inkişafı üçün çalışan Şahin Şıxlinski 2004-cu ildə Ümumrusiya Azərbaycan Konqresinin (UAK) Ural Rayon Şurasının sədri, 2004-cu ilin oktyabrında isə konqresin vitse-prezidenti secilmişdir. 2007-ci il martın 10-da o, Avropa Azərbaycanlıları Konqresinin II qurultayında vitse-prezident təyin olunmuşdur. Dünya azərbaycanlılarının I və II qurultaylarında nümayəndə, Dünya Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü, Ümumrusiya Azərbaycanlıları Konqresinin I və II qurultaylarında numayəndə, Ümumdünya Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü seçilmişdir. Həmyerlimiz Sverdlovsk vilayətinin Qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvüdür. Sverdlovsk vilayətinin Qubernatorunun 2008-ci il 22 fevral tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikası və Sverdlovsk vilayəti arasındakı iqtisadi və mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Şahin Şıxlinski Sverdlovsk vilayətinin Dövlət mükafatı, 2008-ci ilin avqust ayında isə “Yekaterinburq şəhərinin qurulmasının 285 illiyi” medalı ilə təltif olunmuşdur. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə Şahin Şıxlinski “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

DİASPOR.AZ “Azərbaycan Diasporu İnformasiya Mərkəzi” olaraq Şahin müəllimi doğum günü münasibəti ilə təbrik edirik.

İnterpress.az