Rusiya 16 azərbaycanlı “qanuni oğru”nu ölkədən sürgün edirbackend

Rusiya 16 azərbaycanlı “qanuni oğru”nu ölkədən sürgün edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə “Komsomolskaya pravda” qəzeti məlumat verib.

Yazıda qeyd olunur ki, kriminal avtoritetlərin deportasiyası haqqında qərarı şəxsən daxili işlər naziri Vladimir Kolokoltsev verib.

Rusiya DİN-in Cinayət axtarışı baş idarəsindən verilən xəbərə görə, hazırda 51 yaşlı Aslan Kobuladze və Suliko Şarikadzenin Gürcüstana, 43 yaşlı Kamçıbek Kolbayevin isə Qırğızıstana geri göndərilməsi üçün prosedurlara başlanılıb.

Eyni məqsədlə Rusiyadan Baçuka Paçuliya (Pontiyski) Gürcüstana, Dadaş Bakinski isə Azərbaycana sürgün edilib.

Məqalədə Rusiya daxilində hazırda 432 “qanuni oğru”nun fəaliyyət göstərdiyi bildirilib. Bunlardan 318-i azadlıqda, 114-ü həbsdə, 31-i istintaq altında, 19-u isə axtarışdadır. Kriminal avtoritetlər arasında ən çox Gürcüstan vətəndaşları üstünlük təşkil edir – 242 nəfər. Ruslardan 51, ermənilərdən 30, yezidi kürdlərdən 26, azərbaycanlılardan 16, abxazlardan 10, çeçenlərdən 8, yəhudilərdən isə 7 qanuni oğru çıxıb.

“Formal olaraq, deportasiya Cinayət Məcəlləsinin əsasında həyata keçirilir. “Qanuni oğru”lar ən çox dələduzluq, narkotiklərin saxlanması və satılması üstündə həbs olunurlar. Məhkumluqlarını bitirdikdən sonra onlara Rusiya hüdudlarından, bir daha geri qayıtmamaq şərtilə çıxmaq barədə hökm təqdim edilir” – deyə qəzet yazıb. (musavat.com)

İnterpress.az