Samir Adgözəlli: Müsavat Partiyasını təhqirlərə qarşı çıxmadıqlarına görə qınayırambackend

Samir Adgözəlli: Müsavat Partiyasını təhqirlərə qarşı çıxmadıqlarına görə qınayıram

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda növbədənkənar prezident seçkiləri elan olunmasından sonra siyasi proseslərdə aktivlik artmaqdadır. Xüsusilə də sosial şəbəkələrdə bu daha çox hiss olunur. Bu işdə daha çox xaricə sığınmış bəzi blogerlərin radikal fəaliyyəti və buna hakimiyyət düşərgəsindən verilən lazımi cavablar nəzərə çarpır. Bu istiqamətdə tanınmış ictimai-siyasi xadimlər də öz təşəbbüsləri ilə disskusiyalarda yaxından iştirak edirlər. Onlardan biri Beynəlxalq Diaspor Mərkəzi sədrinin birinci müavini Samir Adıgözəllidir.

İnterpress.az olaraq Samir Adıgözəllinin mövqeyini öyrəndik.

Samir bəy sosial şəbəkələrdə təşkil olunmuş disskusiyaların birində “Real” Hərəkatının funksioneri Sizin adınızı da hallandırıb. Bu barədə nə deyə bilərsiniz?

Mən çox təəssüf edirəm ki, belə adamlar siyasətlə məşğuldur. Fərqli fikir bildirənlərə aqressiya ilə cavab verirlər. Ancaq öz dediklərində həqiqəti görürlər. Mən Milli Hərəkatdan, yeniyetmə yaşlarımdan bu proseslərin içərisində ancaq milli maraqları müdafiə etmişəm. Bu gün də ölkənin maraqlarını müdafiə edirəm və buna görə də İlham Əliyevi dəstəkləyirəm. Özlərini böyük siyasi qüvvə kimi göstərməyə çalışanlar ətraflarında beş nəfəri belə birləşdirə bilmirlər. Ancaq xarici dairələrin bədnam sifarişlərini ölkəmizdə həyata keçirməyə çalışırlar.

Nəyə görə xaricə sığınmış blogerlər ancaq prezident İlham Əliyevi hədəf götürərək çıxış edirlər?

Əvvəla mən buna çıxışlar yox, ad verilməsi çətin olan bir neçə nəfər bizdən olmayanların təhqir və söyüşləridir. Birbaşa Prezident İlham Əliyevin hədəf seçilməsi təsadüfi deyil. Bu xarici dairələrlə erməni lobbisinin ortaq layihəsidir. Məqsəd Azərbaycanın beynəlxalq imicinə xələl gətirmək, xalqımızı aşağılamaqdır. Bunu artıq insanlarımız anlamaqda və ciddi etiraz etməkdədir. Heç bir siyasətlə, müxalifətçiliklə bağlaşmayan bu təhqirlər cavabsız qalmayacaqdır. Amma ölkəmizdəki radikal mövqedə duran müxalifət təşkilatlarını, Milli Şuranı, Müsavat Partiyasını bu təhqirlərə bir dəfə də olsun qarşı çıxmadıqlarına görə qınayıram. Bu cür siyasi mübarizə aparmaq olmaz və xalq bu kimi təşkilatların arxasınca heç zaman getməz.

Amma bir məsələyə də münasibət bildirmək istəyirəm. Avropada, Rusiyada və başqa ölkələrdə Diaspor Komitəsi tərəfindən qurultaylara gətirilən, yaxalarına tərəqqi medalı asılan bəziləri fəaliyyət göstərdikləri ölkələrdə bu şəxslərə qarşı niyə bu gün səslərini çıxarmırlar? Öz xalqına qarşı təhqir dolu çıxışlar edən blogerlər ciddi ictimai qınağa çəkilməlidirlər.

İnterpress.az