DİN rəsmisi gecə klubunda çəkilən görüntülərdən danışdı: Azyaşlı qızlar satışa çıxarılırsa… – VİDEObackend

DİN rəsmisi gecə klubunda çəkilən görüntülərdən danışdı: Azyaşlı qızlar satışa çıxarılırsa… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, gecə klubunda qızların soyunması, rəqs etməsini əks etdirən görüntülər çəkilərək sosial şəbələrdə yayılıb. Yayılan məlumatda sözügedən gecə klubunda rəngarəng qızların ərəblərlə pul qarşılığında görüşməsi, mühafizəçi qismində isə polislərin olduğu bildirilir.

DİN rəsmisi gecə klubunda çəkilən görüntülərdən danışdı: Azyaşlı qızlar satışa çıxarılırsa... - VİDEO

Bununla bağlı big.az-a danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov həmin görüntüləri montaj adlandırıb və günahı media işçilərində görüb:

\”Son dövrlər şok başlıqlarla xaricdə çəkilən videoları montaj edib yayırlar. Bu cür videoları hazırlayıb mətbuata ötürürlər. Kütləvi informasiya vasitələri də xəbər qıtlığı yaşadığı üçün dərhal onu yerləşdirib Azərbaycanda baş vermiş kimi qələmə verirlər. Əgər belə bir qanunsuzluq varsa saytlara deyil bu haqda dövlətin hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Həqiqətən belə qanunsuz gecə klubu fəaliyyət göstərirsə və azyaşlı qızlar satışa çıxarılırsa dərhal polisə xəbər verilməlidir. Çox güman ki, bu reytinq xatirinə hazırlanmış videodur. Amma yenə də müvafiq araşdırmalar aparacağıq”.

DİN rəsmisi gecə klubunda çəkilən görüntülərdən danışdı: Azyaşlı qızlar satışa çıxarılırsa... - VİDEO

İnterpress.az