Dəm qazı yenə can aldıbackend

Dəm qazı yenə can aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə.Az-a verilən xəbərə görə, 2003-cü il təvəllüdlü Qabulova Çimnaz Elşən qızı mənzilin hamam otağında dəm qazından boğularaq dünyasını dəyişib. Hadisə vaxtı 15 yaşlı qızın valideyinləri evdə olsalar da, faciə barədə gec xəbər tutublar. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək araşdırmalara başlayıblar.

Yeniyetmənin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə göndərilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırmalara başlanılıb.

İnterpress.az