ATƏT DTİHB Azərbaycandakı seçkilərə maraq göstərirbackend

ATƏT DTİHB Azərbaycandakı seçkilərə maraq göstərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, görüşdə Əli Əhmədov Yeni Azərbaycan Partiyasının aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işlərindən bəhs edərək seçkilərin ədalətli və şəffaf keçiriləcəyinə əminliyini ifadə edib.

Nümayəndə heyətinin rəhbəri, ATƏT/DTİHB-nin seçki departamentinin rəhbəri Aleksandr Şlik görüşdən məmnunluğunu bildirərək, qurumun Azərbaycanda seçkilər prosesinə maraq göstərdiyini ifadə edib.

Görüşdə YAP icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və partiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak ediblər.

İnterpress.az