Saleh Məmmədov “Şöhrət” ordeni ilə təltif edildibackend

Saleh Məmmədov “Şöhrət” ordeni ilə təltif edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev dünən sərəncam imzalayıb. S.Məmmədov Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə bu yüksək ordenə layiq bilinib.

Qeyd edək ki, Məmmədov Saleh Ərşad oğlu 1958-ci ildə Tərtər rayonunda anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun \”Sənaye və mülki tikinti” fakültəsini bitirib.

O, 1982-1991-ci illərdə \”Yoltəmirtikinti” Baş İdarəsinin 1 saylı Yol Tikinti İdarəsində mühəndis, baş mühəndis və rəis, 1991-1993-cü illərdə \”Azərneft” Yol Tikinti Təmir Trestinin 3 saylı Yol Tikinti İdarəsində rəis, 1994-1995-ci illərdə \”Azkommunkomplekttexnika ” İstehsalat Birliyində rəis vəzifələrində işləyib.

1995-2003-cü illərdə \”Azəravtoyol” Dövlət Şirkətinin Körpü Tikinti Trestinin rəis mavini, 1 saylı Yerli Avtomobil Yolları İdarəsinin rəisi, Siyəzən 4 saylı Yol istismar İdarəsinin rəisi, 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində çalışıb.

2003-2015-ci illərdə Nəqliyyat Nazirliyinin \”Yolnəqliyyatservis” Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəisi, 2007-ci ilin fevralında \”Yolnəqliyyatservis” Departamentinin \”Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqadar \”Azəryolservis” ASC-nin 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində işləyib.

İlham Əliyevin 28 dekabr 2015-ci il tarixli Sərəncamı ilə S.Ə. Məmmədov \”Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

S.Ə.Məmmədov Prezidentin 22.09. 2010-cu il tarixli 744 nömrəli Sərəncamı ilə \”Tərəqqi” medalı ilə təltif olunub. Prezidentinin 10.04. 2012 ci il tarixli 2151 nömrəli Sərəncamı ilə \”Əməkdar Mühəndis” fəxri adı verilib.

İnterpress.az