Keçmiş MTN generallarının məhkəməsi- — Prokuror iş istədibackend

Keçmiş MTN generallarının məhkəməsi- — Prokuror iş istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə.Az-ın məlumatına görə, Proses Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub. Məhkəmənin binası xüsusi nəzarətə götürülüb və ciddi nəzarət olunur.

Prosesin qapalı keçirildiyi əsas gətirilib və jurnalistlər məhkəmə zalına buraxılmayıb.

Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə prokurora çıxış etmək üçün söz verilib.

İttihamçı prokuror ittiham nitqi ilə çıxış etməyə başlayıb.

Həbsdə olan generallar Teymur Quliyev və Sübahir Qurbanov, həmçinin onlarla birlikdə ittiham olunan MTN zabitləri məhkəməyə kanvoyun xüsusi nəzarəti altında gətirilib.
Barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilmiş xanım general Natavan Mirvətova isə sərbəst olaraq məhkəməyə gəlib.

Hazırda proses davam edir.

İnterpress.az