Əli Kərimlinin qəzeti Cəmil Həsənlini “vurdu”backend

Əli Kərimlinin qəzeti Cəmil Həsənlini “vurdu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq şairi Fikrət Qoca ilə müsahibə yayımlayan qəzet onun Cəmil Həsənli haqqında aşağılayıcı ifadəsini başlığa çıxarıb. Fikrət Qocanın “Cəmil Həsənli müxalifətə qoşulandan sonra səviyyəsini aşağı endirdi” başlığı ilə verilən müsahibəsi həm də “Azadlıq” qəzetinin rəsmi “Facebook” səhifəsində paylaşılıb. Qəzetin Fikrət Qocadan müsahibə götürməsini şərtləndirən səbəblər və onun Cəmil Həsənli barəsindəki o ifadələri hansı kontekstdə işlətdiyini söyləmək çətindir – çünki məhkəmə qərarı ilə qəzetin saytına ölkə ərazisində blok qoyulub. Bununla belə, nüvəsində AXCP-nin dayandığı Milli Şuranın sədri Cəmil Həsənlinin başqa bir nəşrdə yox, məhz “Azadlıq” qəzetində iqtidaryönlü şair tərəfindən təhqir olunmasına şərait yaradılması, həmin ifadələrin nümayişkar tərzdə paylaşılması təbii qarşılanacaq hal deyil.

Xatırladaq ki, 2013-cü il prezident seçkiləri ərəfəsində Rüstəm İbrahimbəyov avantürasının iflasından sonra Milli Şura və bu layihənin əsas “koordinator”larından biri olan Əli Kərimli böyük rəzalətdən elə Cəmil Həsənlinin sayəsində xilas olmuşdular. İbrahimbəyovun seçkidə iştirak etməyəcəyi dəqiqləşəndə, məhz Həsənli Milli Şuranın namizədi olmaq kimi yükün altına girməyə razılıq vermişdi. Tarixçi-professor 2013-cü ildən bu yana Kərimlinin mövqe ifadəçisinə çevrilərək, yetərincə ağır zərbələrə də məruz qalıb. Həsənlinin bu fədakarlığının əvəzi AXCP sədri tərəfindən “Azadlıq”da bu cür təhqir oldu. Sözsüz, bütün addımlarını ölçüb-biçən, çıxarlarını min dəfə hesablayan, maraqlarının təmin olunma faizini təkrar-təkrar yoxlayan Əli Kərimli özünün “sağ əli” sayılan Cəmil Həsənlini səbəbsiz hədəf taxtasına çıxartmaz. O baxımdan, əgər “Azadlıq” qəzetində Cəmil Həsənlini artıq təhqir edirlərsə, bu, Milli Şura sədri ilə AXCP lideri arasında yaranmış çatın dərinliyini göstərir.

Cəmil Həsənlinin “Azadlıq”da “vurulması”nın səbəbləri barədə Yenicag.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət bildirib ki, Əli Kərimli professoru yazıçı Anarı dəstəklədiyinə görə cəzalandırır:

Əli Kərimlinin qəzeti Cəmil Həsənlini “vurdu”

“Professor Cəmil Həsənlinin “Azadlıq” qəzetində nüfuzdan salınması heç bir halda sadə məsələ deyil. Burada həmin başlığı da o qəzetin ifrat müstəqilliyi ilə əlaqələndirmək mümkün deyil. Çünki “Azadlıq”da az qala durğu işarələri də Kərimlinin diqtəsi ilə yerləşdirilir. Hesab edirəm ki, qəzetin Həsənliyə qarşı bu davranışı birbaşa Kərimlinin göstərişi ilə gerçəkləşib. Mənə belə gəlir ki, bunun əsas səbəbi Həsənlinin bir neçə gün əvvəl yazıçı Anar haqqında dediyi müsbət fikirlərdir. Xatırlayırsızsa, bir neçə gənc prezident İlham Əliyevi dəstəklədiyini bəyan etmiş Anarın kitablarını yandırmaq təşəbbüsünü irəli sürmüşdü. Əlbəttə ki, o təşəbbüsə haqlı olaraq, sərt etirazlar bildirildi. Bu çərçivədə gedən müzakirələrdə Cəmil Həsənli də Anarı dəstəkləyən mövqe ifadə etmişdi. Görünür, Kərimli Anar haqqında obyektiv danışan Həsənlinin bununla ona xəyanət etdiyini düşünüb və professorun “vurulmasına” göstəriş verib. Mən Kərimlinin bu hərəkətinə qətiyyən təəccüblənmirəm. Onun və yanında formalaşmış cameənin dəyərlərə, münasibətlərə, dostluğa, yoldaşlığa zərrə qədər də sayğısı yoxdur. Bu üzdən də Kərimli bəyənmədiyi, maraqlarına toxunan, hətta bununla ona xəyanət etdiyini düşündüyü Həsənlinin cəzalandırılmasını tapşırıb. Biz Kərimlinin kim olduğunu artıq bilirik. Cəmil Həsənlinin də bu münasibətdən, sayğısızlıqdan nəticə çıxartması pis olmazdı”.

İnterpress.az