ETSN Baş Prokurorluğa müraciət etdibackend

ETSN Baş Prokurorluğa müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, keçirilən reyd zamanı İmişli rayonu Əliyetməzli kəndi ərazisində Kür çayının mühafizə zonasında yaşköküstə 50 ədəd yulğun kolunun kəsildiyi aşkar edilib.

Araşdırma zamanı yulğun kollarının İmişli rayonu Əliyetməzli kəndi sakini Soltan Baxşəliyev tərəfindən kəsildiyi və təbiətə 4000 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göndərilib.

İnterpress.az