Azər Həsrətdən Orduxana tərs sillə: -“Durdurun”backend

Azər Həsrətdən Orduxana tərs sillə: -“Durdurun”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Orduxan sosial şəbəkələrdə yayımlanan çıxışında ermənilərin işğal etdikləri Azərbaycan ərazilərindəki məscid və qəbirləri dağıtmadıqlarını iddia edəcək qədər “irəli gedib”:

“Ermənilər bütün məzarları dağıtmayıblar. Düzdür, bizim məzarlarımız, məscidlərimiz erməni keçilərinin, erməni donuzlarının ayağı altındadır. Amma onlar bilərəkdən vandalizm formasında o qəbirləri dağıtmayıblar. Dağıtmırlar da…”

Göründüyü kimi, Avropada məskunlaşdıqdan sonra qatı erməni təəssübkeşinə çevrilən Orduxan və onun kimiləri maddi təminatlar qarşılığında hər cür rəzalətə baş vurmaqdan çəkinmirlər. Orduxanın bu fikirləri ilə bağlı İnterpress.az-a danışan QHT sədri Azər Həsrət bildirib ki, Müxalifətçilik olar, hakimiyyəti tənqid də etmək olar. Amma öz dövlətinə qarşı belə bir mövqe sərgiləməyin adı nədir, onu da hamı bilir.

\”Açığı, bu adama baş qoşmağın tərəfdarı deyiləm. Amma bu qədər də olmaz! Biz işğalçı ermənilərin başımıza gətirdiklərini bütün dünyaya göstərməyə çalışırıq, bu Orduxan Teymurxan adlı adamsa iddia edir ki, ermənilər bizim məzarlarımızı qəsdən dağıtmırlar, vandal deyillər. Müxalifətçilik olar, hakimiyyəti tənqid də etmək olar. Amma öz dövlətinə qarşı belə bir mövqe sərgiləməyin adı nədir, onu da hamı bilir. Bunun bir böyüyü yoxmu ki, deyə, bəsdir daha Azərbaycana qarşı belə açıq düşmənlik edirsən? Bir də buna \”demokratiya carçısı\” kimi baxanlaradır sözüm: durdurun bu adamı. Bu adam açıq şəkildə Azərbaycan dövlətinə (hakimiyyətinə deyil) düşmən mövqeyi sərgiləyir!\”

İnterpress.az