ABŞ-da radioaparıcı canlı yayımda uşaq doğubbackend

ABŞ-da radioaparıcı canlı yayımda uşaq doğub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da səhər radioproqramının qadın aparıcısı veriliş efirdə yayımlanan zaman uşaq doğub.

St Louis şəhərində The Arch (Səma) radiostansiyasının səhər proqramının aparıcısı Cassiday Proctor uşağını qeysəriyyə əməliyyatı yolu ilə çərşənbə axşamı doğub.

Doğuş əməliyyatının keçirilməsinə baxmayaraq, aparıçı qadın radioverilişini davam etdirib.

Cassiday Proctor-da doğuş ərəfəsi ağrılar bazar ertəsindən başlayıb.

Onun çalışdığı radioşirkət qadının yerləşdirildiyi doğum evi ilə bağlantı quraraq Cassiday Proctor-un canlı yayımda veriliş apara bilməsi üçün şərait yaradıb.

Cassiday BBC-yə deyib ki, uşaq gözlənildiyindən 2 həftə tez doğulduğundan canlı yayım təşkil etmək imkanı gözlənilməz olub.

Qadın aparıcı qeyd edib ki, öz verilişlərində dinləyicilərlə hər gün həyatının müxtəlif aspektlərini bölüşdüyündən doğuş zamanı verilişə aparıcılıq etmək onun üçün çətin olmayıb.

Dinləyicilər arasında keçirilmiş sorğunun nəticəsinə uyğun olaraq təxminən 3,3 kg çəkisi olan təzəcə doğulmuş körpəyə Jameson adı verilib.

Cassiday Proctor ilə radioda səhər verilişlərini birgə aparan həmkarı Spencer Graves BBC-yə deyib ki, canlı yayımda həmkarının doğuşu \”heyrətamiz anlar yaşadıb\”. Analıq məzuniyyətinə çıxmağa hazırlaşan Cassiday Proctor bu səbəbdən radioaparıcı işinə həmin müddət ərzində fasilə verməyə hazırlaşır. (bbc)

İnterpress.az