Yunanıstan Qaqiyevin “sağ əlini” Rusiyaya təhvil verdibackend

Yunanıstan Qaqiyevin “sağ əlini” Rusiyaya təhvil verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, söhbət Artur Cioyevdən gedir. Hansı ki, o, beynəlxalq axtarışa verilmişdi. Bu barədə Tədqiqat Komitəsi məlumat yayıb.

Rusiya Federasiyasının rəsmi nümayəndəsi Svetlana Petrenkonun sözlərinə görə, fevralın 21-də Yunanıstan tərəfindən təhvil alınan Cioyev artıq həbs olunub.

Xatırladaq ki, bu şəxs Yunanıstan ərazisində 2015-ci ildə saxlanılmışdı.

Qaqiyevin özü isə 2015-ci ilin yanvarından Vyanada həbsdədir. Rusiya Baş Prokurorluğu onun ekstradisiyası üçün dəfələrlə səy göstərsə də, hələ bu məsələ həllini tapmayıb.

Aslan Qaqiyevin rəhbərlik etdiyi cinayətkar qrup Rusiyada 60-a yaxın cinayətdə günahlandırılır. Onların 2004-cü ildən bəri fəaliyyət göstərdiyi bildirilir. (yenicag.az)

İnterpress.az