Slovakiyada böyük uşaq qrupunu maşın vurub, 12 yaralı varbackend

Slovakiyada böyük uşaq qrupunu maşın vurub, 12 yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu jurnalistlərə polis nümayəndəsi Daniel Cobanik deyib.

\”Kejmarok şəhərindən olan sürücü hadisə nəticəsində əməli olaraq heç bir xəsarət almayıb, onun qanında spirt aşkar olunmayıb. Belə görünür ki, onun maşını dönərkən sürüşüb, nəticədə maşın tavanı üstə çevrilib və yaxınlıqdan keçən qaraçı uşaqlarından ibarət böyük bir qrupu vurub\”, – deyə Cobanik bildirib.

Polisin məlumatına görə, uşaqlardan ikisi ağır yaralanıb, 4-nün xəsarəti orta-ağırdır, qalan 3 nəfərin xəsarəti yüngüldür.

Onun sözlərinə görə, uşaqlara yardım üçün iki vertolyot və bir neçə \”təcili yadım\” maşını hadisə yerinə cəlb olunub. Bütün xəsarət alanlar Poprad rayon xəstəxanalarına yerləşdirilib. (report)

İnterpress.az