Qoz və fındıq bahalaşır – 30 manat olacaq?backend

Qoz və fındıq bahalaşır – 30 manat olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2016-cı illə müqayisədə 2017-ci ildə fındıq bazarlarında qiymətin enməsini müşahidə etdik. 2016-cı ilin payız mövsümündə fındığın yerlərdə qiyməti 6-7 manat arasında dəyişilirdisə, ötən ildən etibarən qiymətlər aşağı düşərək 3-4 manat təşkil edib. Bu gün bir çox sahələrdə, xüsusən də şərabçılığın xaricdə təbliği üçün müəyyən işlər görüldü. “Made İn Azerbaijan” brendinin də bu istiqamətdə mühüm rolu oldu. Bu ilin hədəfi isə yerli fındığın xaricdə təbliğini təşkil etməkdir. Artıq ötən gün “Gulfood 2018” Beynəlxalq Ərzaq Sərgisində fındıq ixracına dair müqavilə imzalanıb. Dubayın Beynəlxalq Ticarət Mərkəzində keçirilən “Gulfood 2018” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan şirkəti ilə Birləşmiş Ərəb Əmirliklərindən olan şirkət arasında 40 ton fındıq ləpəsinin ixracına dair müqavilə imzalanıb.

Yerli fındığın xaricə daşınması ölkə bazarında bu məhsulun qiymətinin qalxmasına səbəb ola bilərmi? Bu barədə açıqlama verən iqtisadçı Akif Nəsirli son illər ölkədə fındıq istehsalının zəif olduğunu bildirib:
“Cari ildə ölkəmizdə qoz və fındıq istehsalı aşağı səviyyədə olub. Ötən il fındıq və qoz ağacları gözlənilən məhsuldarlığı vermədi. Bazara çıxarılan məhsulların da keyfiyyəti kifayət qədər aşağı oldu. Fındığın qiyməti öncələr də yüksək olub”. A.Nəsirlinin sözlərinə görə Novruz Bayramının yaxınlaşması da qiymətlərə təsir edəcək: “Bayramın da qiymətlərə təsiri olacaq. Qiymətlərə gəldikdə isə, ümumiyyətlə fındıq-qozun qiymətinin nə qədər olacağını öncədən dəqiq söyləmək mümkünsüzdür. Lakin əminliklə demək olar ki, fındıq-qozun ləpəsinin qiyməti 20-30 manat arasında dəyişiləcək. Qabıqlı fındığın qiyməti isə yəqin ki, 10 manat olacaq”. İqtisadçı vurğulayır ki, Azərbaycan brendinin dünya bazarına çıxması, bu istiqamətdə müştərilərin cəlb edilməsi ölkə iqtisadiyyatı üçün çox səmərəlidir: “Qorxmaq lazım deyil ki, bununla da daxili bazarda qiymətlər qalxacaq. Qiymətlər qalxacaqsa, bu artım kənd təsərrüfatı, aqrar sahənin xeyrinə olacaq. Fındıq-qoz gündəlik lazım olan qida tələbatlarından deyil. Yəni, imkanı olmayan ya az alacaq, ya da almayacaq. Əhalinin müəyyən qismi üçün bu qiymətlər sərfəli olmasa da, məhsulu min bir əziyyətlə əldə edən fermerlərə daha çox qazanc gətirəcək”. (foodinfo.az)

İnterpress.az