Putin Müdafiə Nazirliklərinin rəhbər şəxlsəri ilə görüşdü — FOTObackend

Putin Müdafiə Nazirliklərinin rəhbər şəxlsəri ilə görüşdü — FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Kreml sarayının rəsmi saytı məlumat yayıb.

Putin görüş zamanı ölkələr arasında hərbi sahədə olan qarşılıqlı etimadın dəyərindən danışıb:

\”Sizin, bir paqon gəzdirən insan kimi, silahlara, orduya, dövlətin bütün güc komponentlərinə xüsusi münasibətiniz var. Siz buna nə dərəcədə diqqətli yanaşmalı olduğunuzu və hərbi iş kimi həssas sahədə etimadın necə yüksək qiymətləndirildiyini hamıdan yaxşı bilirsiniz. 23 fevralı silahlı qüvvələrin inkişafı ilə əlaqəli olan tarixi gün sayanları ikiqat təbrik edirəm. Hamınıza, hərbçilərinizə, xalqlarınıza ən xoş arzularımı diləyirəm. Sizlərə öz dövlətinizin təhlükəsizliyini təmin etməkdə uğurlar arzulayıram\”.
Putin nazir və nazir müavinlərinə dövlət təhlükəsizliyini təmin etməkdə uğurlar arzulayıb. O əlavə edib ki, müdafiə naziri Sergey Şoyqu qonaqları müdafiə və xüsusi hallar üçün yaradılan Milli Mərkəzlə tanış edəcək.

\”Ümid edirəm ki, Moskvada Rusiya Müdafiə Nazirliyinin işi ilə tanış olmaq üçün vaxtınız olacaq. Biz müasir Milli Müdafiə Mərkəzi qurmuşuq. Ümid edirəm ki, bu təcrübə sizin ölkələrinizdə də istifadə oluna bilər\”.

Daha sonra Rusiya prezidenti rəsmilərlə şampan şərabı içərək səmimi söhbət edib.

Putin Müdafiə Nazirliklərinin rəhbər şəxlsəri ilə görüşdü — FOTO

İnterpress.az