Vaşinqton: Türkiyə ilə münasibətlərimizdən əminikbackend

Vaşinqton: Türkiyə ilə münasibətlərimizdən əminik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert Türkiyənin İran və Rusiyaya yaxınlaşmasından Vaşinqtonun narahat olub-olmamasına dair jurnalistin sualını cavablandırarkən deyib.

“Türkiyə NATO üzrə bizim tərəfdaşımızdır. Türkiyə hökuməti ilə müəyyən fikir ayrılığı var. Lakin biz hesab edirik ki, Vaşinqton və Ankara arasında nisbətən möhkəm müttəfiqlik mövcuddur. Bu təbiidir, onlar digər hökumətlərlə də münasibət qurmaq istəyə bilərlər və biz onlara mane olmayacağıq. Düşünürəm ki, biz Türkiyə ilə münasibətlərimizdən əminik”, – deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi qeyd edib. (apa)

İnterpress.az