Vergilərə görə vətənini tərk edən Jerard Depardye indi də Afrikaya köçürbackend

Vergilərə görə vətənini tərk edən Jerard Depardye indi də Afrikaya köçür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, aktyor bu dəfə Əlcəzairdə məskunlaşmaq niyyətindədir.

Fransız dərgilərindən birinə müsahibə verən ulduz bildirib ki, tez-tez ziyarətə getdiyi ölkəyə birdəfəlik köçür:

“Əlcəzairi möhtəşəm bir ölkə olduğu üçün seçmişəm. Onun xalqı da ağıllı və qonaqpərvərdir”.

Xatırladaq ki, daha öncə Jerard Əlcəzairdə 50 hektarlıq üzüm bağının olduğunu söyləyib.
Qeyd edək ki, vergilərin yüksəlməsi ilə əlaqədar Depardye Fransa vətəndaşlığından imtina edərək Rusiya vətəndaşlığını qəbul etmişdi.

Lakin bir müddət sonra aktyor Belçikada məskunlaşıb. Onun Rusiyadan köçməsinə səbəb kimi adı çəkilən ölkədə iqtisadi böhrana tab gətirmədiyi və oradakı həyat tərzinə uyğunlaşa bilmədiyi göstərilirdi. (axşam.az)

İnterpress.az