Rusiya səfirliyində 400 kq kokain aşkarlanıb – FOTObackend

Rusiya səfirliyində 400 kq kokain aşkarlanıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İ.Bliznyük Rusiyanın Argentinadakı səfirliyi vasitəsi ilə kokainin Moskvaya göndərilmə kanalının yaradılmasında əlaqəli olmaqda şübhəli bilinir.

Onunla birlikdə Aleksandr Çikalo adlı şəxs də saxlanılıb.

“Todo Noticias” bildirir ki, 2016-cı ilin dekabrında Rusiyanın Argentinadakı səfirliyində 400 kq-dək kokain aşkarlanıb. Məlumata görə, Rusiyanın Argentinadakı səfiri polisə zəng edərək səfirliyin nəzdində olan məktəbdə narkotik vasitələrin aşkarlandığını bildirib.

Nəşr yazır ki, narkotiklərlə dolu 12 çamadanı binaya iyul ayında səfirliyin sabiq əməkdaşı gətirib.

Məqalədə şübhəlilərdən birinin Almaniya ərazisində gizləndiyi qeyd olunub.

Argentina hüquq-mühafizə orqanlarının əməkdaşları narkotiki un ilə əvəz edib və çamadanlara onların yerini izləməyə imkan verən GPS-qurğusu yerləşdiriblər

Rusiya səfirliyində 400 kq kokain aşkarlanıb - FOTO

Telefon danışıqlarının dinlənilməsi zamanı narkotikin Rusiya və Avropaya göndəriləcəyi müəyyən edilib.

İstintaqın nəticəsi olaraq, Rusiyada üç, Argentinada isə iki nəfər saxlanılıb. (oxu.az)

İnterpress.az