Müğənni Ruhi Qənirə  Paşayevanın mandatına göz tikib – İDDİAbackend

Müğənni Ruhi Qənirə Paşayevanın mandatına göz tikib – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putinin dostu professor İlham Rəhimov elə bil qarşısına məqsəd qoyub ki, mütləq deputat xanımın əri olmalıdır. Rəbiyyət Aslanova ilə qısa sürən evliliyinin müzakirələri ətalət qüvvəsi ilə hələ də davam etməkdə ikən indi milyonçu hüquq elmləri doktorunun başında başqa macəra var. İşgüzar lediyə çevirdiyi sevgilisi müğənni Ruhi millət vəkili olmaq arzusundadır.
Bu əsnada RealMedia.az-a etibarlı mənbədən verilən məlumata görə, Ruhi bu ilki parlament seçkilərinə qatılacaq və Tovuz rayonunu təmsil edən xanım deputat Qənirə Paşayeva ilə rəqib olacaq. Müğənninin iki oğlunun atası olan Rəhimovun onu arzusuna qovuşdurmaq üçün bütün imkan və əlaqələrini işə salacağı şübhəsizdir. Məlumata görə, professor apreldə keçiriləcək prezident seçkilərindən sonra bu niyyətlərini gerçəkləşdirmək üçün hakimiyyətin yuxarı eşelonunda qərar tutan dostları ilə sövdələşəcək. O, Ruhini həm də xeyriyyəçi kimi cəmiyyətə təqdim etmək üçün Tovuzda müxtəlif xeyirxah işlər gerçəkləşdirəcək.

İnterpress.az