Arif Quliyevin də çəkildiyi film yayımdan qaldırıldı – Söyüşə görəbackend

Arif Quliyevin də çəkildiyi film yayımdan qaldırıldı – Söyüşə görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xalq artisti Arif Quliyev, Əjdər Zeynalov, Natiq Fərzəliyev, aktyor Rəşad Vahidzadə, aktrisa Firəngiz Orucovanın rol aldığı komediya janrında çəkilən filmin afişalardan yığışdırılması barədə baş prodüser Vüqar Cavadov göstəriş verib.

Cəmi bir gün tamaşaçı qarşısına çıxan ekran işində qeyri-etik ifadələr işlədilib, söyüşlərdən istifadə olunub. Baş prodüser bu səbəbdən belə addım atıb. O, xəbərçi.az-a açıqlama verərək filmin rejissoru Metin Yüceli ittiham edib:

“Metin Yücelin bu işini sıfır səviyyəsində qiymətləndirirəm və filmə baxan hər kəsdən üzr istəyirəm. Sadəcə bərbad və plagiat ssenari (\”Gülcamal\” filinin oğurlanmış versiyası ) idi. Bundan əlavə rejissor şəxsi maraqlarından dolayı Gülnaz obrazının filmdəki səhnələrini artırmaqla filmi bu günə qoydu. Bir sözlə hər şeydən bezdik, zərər etsək belə xalqımıza bu cür filmə baxmağı layiq bilmədik”.
Layihənin yayımını həyata keçirən “Park Cinema”da baş prodüserin istəyi ilə belə addım atdıqlarını bildiriblər:

\”Biz baş prodüserin istəyi ilə filmi yayımdan qaldırmışıq. Ekran işində həm vulqar ifadələrdən çox istifadə olunmuşdu, həm də texniki problemlər çox idi\”.

İnterpress.az