Erməni milli geyimində şagirdləri filmə çəkən direktorun biyabırçı videosu yayıldı -VİDEObackend

Erməni milli geyimində şagirdləri filmə çəkən direktorun biyabırçı videosu yayıldı -VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın əldə etdiyi məlumata görə, 220 saylı məktəbin direktoru Tural Mirzəliyevin biabırçı videosu yayılıb. Belə ki, videogörüntülərdə Tural Mirzəliyev Bakı Təhsil İdarəsinin əməkdaşları ilə birlikdə sərxoş vəziyyətdə evinin yolunu soruşur.

Qeyd edək ki, Tural Mirzəliyev adı mütəmadi qalmaqallarda hallanan məktəb direktorudur. Bir müddət əvvəl qanunsuz şəkildə məktəbdən qovduğu Rövşən Əzizov hazırda direktorla bağlı məhkəməyə müraciət edib. Rövşən Əzizov direktor Tural Mirzəliyevin sifarişi ilə ibtidai siniflərə erməni milli geyimləri geyindirərək “Biz ermənilərlə düşmən yox, dostuq” başlığı ilə film çəkdirsə də, sonradan QAT –ın məktəbə hücumu zamanı Rövşən Əzizovu işdən çıxarmaqla kifayətlənib.

Erməni qalmaqalı ilə gündəmə gələn direktor sonradan təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayevanı vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bəhanəsi ilə işdən çıxarıb. Director müavini isə buna etiraz edib. O bildirib ki, Tural Mirzəliyevin əsas məqsədi yerdəyişmə yox, məktəbdə olan haqsızlıq və digər müəllimlərə qarşı nalayiq hərəkətləri ört-basdır etmək cəhdidir.

Onu da qeyd edək ki, Tural Mirzəliyev hər iki müəllim haqda müəllim və valideyn kollektivinə imza toplamağı tələb edib.

Hazırda məktəblə bağlı yayılan məlumatlarda bildirilir ki, Tural Mirzəliyev müəllimləri Bakı Təhsil İdarəsinin rəhbərliyi ilə qorxudur. Director müəllimlərə deyib ki, ona heç kim heç nə edə bilməz. Çünki Bakı Təhsil İdarəsinin əməkdaşları onun Fətullahçı şəbəkəsindən olan özəl lisey dostları və əvvəllər müəllimi olduğu Qafqaz Universitetinin əməkdaşları və tələbələridir.

Tural Mirzəliyev direktor təyin edildikdən sonra hicablı şagirdlərin başının açılmağını və Təhsil Nazirliyinin vahid formasından imtinadı istəyib. O, həmin formaların həddən artıq qısa olduğunu və seksual məna daşıdığını müəllimlərə bildirib.

Erməni milli geyimində şagirdləri filmə çəkən direktorun biyabırçı videosu yayıldı -VİDEO

İnterpress.az