Ukraynada azərbaycanlı mafioz ələ keçirilib — FOTObackend

Ukraynada azərbaycanlı mafioz ələ keçirilib — FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti bildirir.

“Azərbaycan bu cinayətkarı ağır və xüsusilə ağır cinayətlərə, o cümlədən mütəşəkkil cinayətkar dəstənin tərkibində odlu silah tətbiq etməklə quldurluq əməli törətməyə görə məsuliyyətə cəlb etmək üçün beynəlxalq axtarışa verib”, deyə məlumatda deyilir.
Əməliyyatçılar Azərbaycan vətəndaşının yerini müəyyən ediblər və onun yaxalanması üçün əməliyyat keçirilib. Həmin mafiozun Ukraynanın mərkəzi regionlarından birində kiçik qəsəbədə yaxalandığı bildirilir. Saxlanılan şəxsin kimliyi barədə məlumat verilmir.

Hazırda onun Azərbaycana ekstradisiyası məsələsinə baxılır.

Ukraynada azərbaycanlı mafioz ələ keçirilib — FOTO

Ukraynada azərbaycanlı mafioz ələ keçirilib — FOTO

İnterpress.az