Qənirə Paşayeva: “Bu yalanları əsla qəbul etməyəcəyik”backend

Qənirə Paşayeva: “Bu yalanları əsla qəbul etməyəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri Hollandiya parlamentinin 1915-ci il qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirən milllət vəkili Qənirə Paşayeva deyib. Deputat Hollandiyada yaşayan soydaşlarımızı sözügedən qərara davamlı etiraza çağırıb:

“Gənclərimiz sosial media üzərindən bu haqsızlığa etirazını hollandiyalı millət vəkilərinə bəyan etməlidirlər. Hollandiya öz tarixində etdikləri ilə bağlı araşdırma aparsa, daha doğru olardı. Bu yalanları və yalanlarla dolu qərarları türk milləti əsla qəbul etməyəcək”.

Qeyd edək ki, Hollandiya parlamentinin üst palatası 1915-ci il qondarma erməni soyqırımı ilə qətnaməni qəbul edib.

İnterpress.az