Uzunmüddətli nevrozların müalicəsi mümkündür – Orqandan alınan preparatlarlabackend

Uzunmüddətli nevrozların müalicəsi mümkündür – Orqandan alınan preparatlarla

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Medicina.az Bioloji təbabət klinikasının nevropatoloqu Aygün Məmmədova ilə nevrozlu xəstələrin bioloji metod və dərmanlarla effektiv müalicə olunması mövzusuna toxunub. Nevroz sağalan xəstəlikdir. Bunun üçün xüsusi tərkibli və orqandan alınmış dərman preparatları var. Antidepressantlar çıxış yolu deyil.

\”Nevroz xəstələrində həyəcan, təşviş pozuntusu və qorxu ən aşırı və yüksək həddə olur. Çox zaman uşaq və yeniyetmə dövründə yaşanmış travmanın beyində ocağı qalır, illər keçəndən sonra təkrari travma, stress, itki zamanı həmin yatmış ocaq qıcıqlanaraq oyanır və xəstəni nevrozun ağır formasına salır. Bütün bunlar hipofiz-hipotalamus sistemi ilə tənzimlənir. Bioloji təbabətdə məhz bu orqanlardan alınmış xüsusi preparatlar var ki, nevrozlu xəstələrə ya əzələ daxilinə ya da xüsusi meridianlara tətbiq olunur. Böyrək meridianında qorxu, həyəcan hissini çox gözəl götürmək mümkündür. Bəzən uşaqlarda qorxunu götürmək üçün valideynlərə göstəririk, evdə hansı nöqtələrə barmaqla təsir etməklə bu effekti almaq olur.

Nevrozlu xəstə ilə həm də psixoloji söhbət aparıb onu inandırmaq lazımdır. Nevrozlu xəstə həkimə etibar etməli, inanmalıdır. Bu da hər nevropatoloqda alınmır. Çünki həkimin özünün də səbri, təcrübəsi olmalıdır. Nevrozlu xəstələr çox həssas olur, problemləri danışmaqla bitmir.

Bizim klinikada nevroz və depressiv xəstələrin müalicəsində kompleks müalicə seçilir: bura bioloji preparatlar, orqanizmin detoksikasiyası, osteopatiya, fizioterapiya, lazım gəldikdə ozonterapiya tətbiq olunur. Enerji blokadasının götürülməsi hemeopatik üsulla aparılır.

Onu da qeyd edim ki, yüksək oyanıqlı nevrozlu xəstələrin qanının dəyişilməsi və ozonterapoya proseduru olunması əksinə mənfi təsir edir, onları daha da qıcıqlandırır.

Belə xəstələr çox müayinə, analiz, aparatdan, həkimdən keçdiklərinə görə bezmiş, yorulmuş olur. Onların bu vəziyyəti ailə üzvlərini də bezdirir, heç kim onları başa düşmür. Hər nevrozlu xəstənin simptomları da ayrı-ayrı olur: boğulma, hava çatışmamazlığı, təzyiq oynaması, ürək ağrıları, əzələ-oynaq, mədə bağırsaq simptomları. Ona görə hər xəstəyə eyni müalicə təsir etmir.

Biotənzimləyici terapiyada kimyəvi antidepressantlardan istifadə etmirik. Nevrozlu xəstələrdə bədən, əzələ sıxılması, gərginliyi çox olur. Spazmlı əzələlərdə qan dövranı pozulur: bu da müxtəlif ağrı və simptomlar verir. Biz bu spazmlı əzələləri açdıqda xəstənin çiynindən sanki ağır yük götürülür, illərin düyünləri açılır. Qan dövranı bərpa olunduğundan yaxşılaşma başlayır. Biz öz metodlarımızla hətta psixiatrın uzun müddət müalicəsində olan xəstəni belə sağalda bilmişik. Psixotrop dərmanları da birdən kəsmirik, yavaş-yavaş azaldırıq.
Fiziki ağrılarda xəstənin sağalması 70% həkimdən asılıdır. Amma nevroz və sinir əsəb xəstəliklərində müalicənin effekti 70% pasiyentin özündən, iradəsindən asılıdır”.

İnterpress.az