“Real” 100-ü keçdibackend

“Real” 100-ü keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Apasport.az-ın xarici mətbuata istinadən məlumatına görə, \”kral klubu\” buna La Liqanın XXV turunda \”Alaves\”lə qarşılaşmada nail olub.

Kriştianu Ronaldonun 2, Kərim Benzema və Qaret Beylin isə hərəyə 1 dəfə fərqləndiyi qarşılaşmada madridlilər bu mövsüm bütün turnirlərdə qollarının sayını 103-ə yüksəldib. Zinəddin Zidanın yetirmələri La Liqada 62, İspaniya Kral Kubokunda 11, İspaniya Superkubokunda 5, Çempionlar Liqasında 20, Avropa Superkubokunda 2, Qitələrarası Dünya Çempionatında isə 3 qola imza atıb.

Bununla \”Real\” bu mövsüm 100 qol səddini keçən ilk İspaniya komandası olub. Onun ən yaxın izləyicisi olan \”Barselona\”nın isə aktivində 92 top var.

İnterpress.az