“O, nə avtomobildir ki?” — “Şərurlu İsfəndiyar” oğluna məxsus olduğu deyilən avtomobildən DANIŞDIbackend

“O, nə avtomobildir ki?” — “Şərurlu İsfəndiyar” oğluna məxsus olduğu deyilən avtomobildən DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İ.Axundov \”Ölkə.Az\”-a açıqlamasında sözügedən avtomobilin ona və ya ailəsinə məxsus olmadığını bildirib:

\”Bizdə ondan da bahalı avtomobillər var. O, nə avtomobildir ki? Yazılanlara fikir vermək lazım deyil. O, avtomobil bizə məxsus deyil. Əgər bizim olsaydı, onu gizlətməzdim\”.
Xatırladaq ki, ötən gün iqtisadçı-alim Qubad İbadoğlu sosial şəbəkədə \”Brabus” şirkəti tərəfindən xüsusi qaydada yığılmış super avtomobil modeli Mercedes-Benz S Class-ın şəklini paylaşaraq, onun kimə məxsus olması ilə bağlı izləyicilərə sual ünvanlayıb. \”Bu avtomobil xüsusi qaydada yığılıb, 8 silindiri var, mühərrikinin həcmi 5912 kv. sm-dir, 850 at gücünə malikdir, maksimum sürəti saatda 350 km-dir. .. Avtomobilin zavod qiyməti 381 min dollar və ya hazırkı məzənnə ilə 650 min manatdır” – deyə iqtisadçı yazır.

\”Qaynarinfo\”ya daxil olan məlumata görə, bu bahalı avtomobil tikinti maqnatı, \”Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun oğluna məxsusdur.

İnterpress.az