Britaniya mətbuatı: Şimali Koreyanın azarkeş qızları seks köləsiymişlərbackend

Britaniya mətbuatı: Şimali Koreyanın azarkeş qızları seks köləsiymişlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2008-ci ildə Cənubi Koreyaya qaçmış 42 yaşlı hərbi musiqiçi Lee So-yeon deyib ki, bu rəqqasə və müğənni qızlar Kommunist Partisyasının Mərkəzi Siyasi Bürosunda hər axşam keçirilən ziyafətlərdə və eyş-işrət məclislərində lüt soyunur və seks xidmətləri göstərirlər.

Şimali Koreyanın ali hakimiyyət orqanı olan siyasi büroya lider Kim Jong-un və prezident Kim Yong-nam da daxildirlər.

Xanım Lee \”Bloomberg\” saytına deyib: \”Şimali Koreyanın estrada truppası Olimpiadaya gəlib, burada maraqlı rəqslər və mahnılar ifa edirlər. Lakin onlar təkcə Kim Jong-un-un təbliğat maşını deyillər. Onlar həm də partiya ziyafətlərinə gedir və orada seksual xidmət göstərirlər\”.

Lee deyir ki, belə ziyafətlər Mərkəzi Siyasi Büroda hər gün keçirilir.

\”Onlar lap istəməsələr də, bədənləri ilə xidmət etməlidirlər, – deyir musiqiçi, – Qızlar partiya ziyafətlərində soyunmalıdırlar…\”

\”The Independent\” yazır ki, Şimali Koreya rəhbərliyində belə ziyafətlərin artıq illərdir təşkil olunduğu düşünülür.

2009-cu ildə Cənubi Koreyaya qaçaq düşmüş 54 yaşlı Kim Hyung-soo isə deyir ki, Olimpiya oyunlarında Şimali Koreyanı təmsil edən idmançılar da kölədirlər.

\”Qısaca desəm, bu idmançılar Kim Jong-un-un və Şimali Koreya rejiminin idman kölələridirlər\” – deyib Kim Hyung-soo.

Cənubi Koreyaya qaçaq düşənlərin məlumatlarına görə Şimali Koreyada həm idman, həm də seks kölələrini diqqətlə seçirlər. Onları elə şəxslərdən seçirlər ki, bu adamlar heç vaxt qaça bilməzlər.

Şimali Koreyadan Pxençanq Olimpiadasına gəlmiş qızlar doğrudan da Qərb mediasını valeh ediblər. Mətbuat onları \”gözəllər ordusu\” adlandırır.

Qrupun keçmiş üzvlərindən Han Seo-hee BBC-yə deyib ki, bu qızları fiziki gözəlliklərinə görə seçir, sonra isə üç ay müddətində intensiv kommunist ideologiyasına məruz qoyurlar.

Rejim onların son dərəcə sədaqətli olduqlarına inanmalıdır. (bbc)

İnterpress.az