Türkiyə XİN-dən Xocalı soyqırımı ilə bağlı bəyanatbackend

Türkiyə XİN-dən Xocalı soyqırımı ilə bağlı bəyanat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in Xocalısoyqırımının ildönümü ilə bağlı bəyanatında deyilir.

“Bu qətliamı və Azərbaycan torpaqlarının illərlə davam edən işğalını şiddətlə qınayırıq”, – deyə bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, Ermənistan Respublikasının silahlı bölmələri tərəfindən 1992-ci il fevralın 26-da Yuxarı Qarabağın Xocalı şəhərinə edilən hücumda qadın və uşaqlar da daxil olmaqla, yüzlərlə Azərbaycan vətəndaşı qətlə yetirilib və yaralanıb, mindən çox insan əsir götürülüb: “İtkin düşənlərin aqibəti bu günə kimi öyrənilməyib. Dinc sakinlərə qarşı edilən bu insanlıqdan kənar hücum bütün dünya ictimaiyyətinin yaddaşına həkk olunub və vicdanlarda dərin yaralar açıb. Bu gün hələ də Azərbaycan torpaqlarının beşdə biri işğal altındadır. Bir milyondan çox azərbaycanlı öz vətənində qaçqın vəziyyətində yaşayır”.

Türkiyə XİN Xocalı faciəsində həyatını itirənlərə rəhmət diləyib, başsağlığı verib.

İnterpress.az