Xocalı faciəsi Rusiyanın nüfuzlu “Rossiya 24” kanalında — VİDEObackend

Xocalı faciəsi Rusiyanın nüfuzlu “Rossiya 24” kanalında — VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Rusiyanın “Rossiya 24” kanalı da bu faciəyə həsr edilmiş materialı efirə verib.

Rusiyalı jurnalistlər Rəhilə Quliyeva adlı Xocalı sakininin evindən video reportaj hazırlayıblar. Rəhilə Quliyeva ailəsinin 22 üzvünü- ərini, 2 yaşlı körpəsini, qaynatasını və digər qohumlarını itirdiyini qeyd edib.

Süjetdə eyni zamanda Azərbaycan prezidentinin Xocalı soyqırımı abidəsini ziyarəti də işıqlandırılıb.

Prezident İlham Əliyev deyib:

\”Biz bu faciəni unutmuruq, xatırlayırıq. Azərbaycan güclü olmalıdır ki, bu faciə bir daha təkrarlanmasın. Ölkənin hərbi və iqtisadi gücünü daha da möhkəmləndirməliyik. Çünki Azərbaycan xalqının gələcəkdə belə bir faciə ilə üzləşməsini istəmirik\”.

Yazıçı Çingiz Abdullayev də faciə ilə bağlı fikirlərini bölüşüb.


İnterpress.az