Rusiya öz pilotlarının həyatı ilə oynayır – “The National İnterest”backend

Rusiya öz pilotlarının həyatı ilə oynayır – “The National İnterest”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnternet saytları hər gün Su-57 olduğu güman edilən bir təyyarənin görüntüsünü yayırlar.

Hərçənd bu fotoların dəqiq olduğunu ruslar da təsdiq etmir. Lakin fevralın 22-də sosial şəbəkələrdə Su-35 təyyarəsinin müşayiəti ilə uçan iki Su-57 təyyarəsinin videogörüntüləri ortaya çıxdı. Ekspertlər bu videokadrların da həqiqiliyini şübhə altına alırlar.

Məsələ ilə əlaqədar ABŞ-ın “The National İnterest” strateji analitik jurnalında Tom Kuperin imzası ilə maraqlı yazı çıxıb.
Musavat.com həmin yazını təqdim edir:

“…Əgər doğrudan da Su-57-lər Suriyada varsa, o zaman Rusiya onların bölgəyə gətirilməsini də izah etməlidir. Çünki hələ 2017-ci ilin noyabrında Vladimir Putin Suriyadan hərbi hissələrin böyük bir qisminin çıxarılması barədə əmr imzalamışdı.

Əmrə rəğmən Suriya səmalarında Su-57-lərdən əlavə A-50 tipli uzaq məsafəli radiolokasiya təyyarəsi, 4 Su-25 qırıcısı və 4 Su-35 döyüş təyyarəsi yenidən peyda olub.

Bu təyyaərələrin Rusiya aviasiyasının üsyançılar tərəfindən nəzarət edilən İdlib və Şərqi Quta bölgələrinə bombardmanından sonra gəlməsi diqqət çəkir. Belə çıxır ki, Putinin Suriyadan qoşunların çıxarılması barədə əmrin özü tamamilə yalandan ibarət imiş.

Bundan başqa, Suriyada Su-57-lərdən istifadə olunması özü ilə bərabər bir çox suallar doğurub.

Belə ki, T-50-lərin (Su-57-nin başqa bir adı-red.) istehsalında ilk prototipinin 2010-cu ildəki uçuşuna və ilk təyyarələrin silahlanmaya qəbul olunmasına qədər bir neçə dəfə ləngimələr olub.

Bundan başqa, Tixomirov adına elmi araşdırma institutu həmin təyyarələrdən ötrü 7 radar işləyib hazırladığı bildirilir. Onlardan 3-ü Т-50-3, Т-50-4 и Т-50-5 prototip təyyaərələrə quraşdırılıb. Həmin təyyaərlərin hamısı “kəsilmiş konfiqurasiya” deyilən vəziyyətdə olub. Daha doğrusu, bu təyyarələrdə yalnız ön tərəflərdə anten quraşdırılıb, yan müşahidə icmal görüntüsü olmayıb. Həmçinin T-50-lərin yanğın halında dözümlülüyü yoxlanılmayıb və onun silahları hansısa döyüş əməliyyatlarında işə salınmayıb

Əksinə, T-50-nin işlənib hazırlanması zamanı uğursuzluqlar bir-birini əvəz edib. İlk 5 prototip təyyarədə ciddi konstruktor xətaları, mühərrikin xarab olması, pilot kabinetinin şüşəsinin sınması kimi ciddi pozuntular aşkar olunub.

Bu məsələdə təyyarənin isetahsalında maliyyə dəstəyi verən Hindistanın mütəxəssislərinin də fikirləri maraq doğurub. Belə ki, hindistanlı ekspertlər T-50-lərin mühərriklərinin güvən vermədiyini, radarların qeyri-effektiv olduğunu, təyyarənin “stels” səviyyəsinin, yəni radarlara yaxalanmamaq xüsusyyətinin heç də deyildiyi qədər yüksək olmadığını aşkarlayıblar.

Nəticədə Moskva və təyyarənin istehsalçısı “Suxoy” konserni Hindistanı bir sonrakı maliyyələşməni kəsmək qərarından vaz keçirə bilməyiblər. Bunun yerinə Hindistan ABŞ-a F-35 təyyarələrinin alınması ilə bağlı müraciət edib.

2016-cı ilin sentyabrında “Suxoy” əlində olan 5 prototipi Rusiya Müdafiə Kazirliyinin Axtubinskdəki (Həştərxan vilayəti-red.) sınaq uçuşları bazasına göndərib.

Həmin vaxt T-50-lərdə naməlum silah tipinin sınaqdan keçirildiyi barədə şayiələr buraxılıb. Lakin bununla bağlı heç bir informasiya təsdiqini tapmayıb. Bu prototiplərin yalnız idarə olunmayan bombalar və qanadların altına yerləşdirilən R-77 tipli raketlər daşıdığı ortaya çıxıb.

2017-ci ilin başlanğıcında isə “Suxoy” T-50-lərin elektron avadanlıqlarının yeni komplektlərinin hazırlanmasına yenidən başlamalı olub. Çünki bu təyyarələr üçün ilkin olaraq nəzərdə tutulan “Döyüş komplekslərinin inteqrasiya edilmiş modul avionika” sistemi heç bir effekt verməyibmiş. Özü də bunun hazırlanması üçün hələ bir neçə ilin tələb olunduğu deyilir.

Nəticədə “Suxoy”a nəzarət edən “Birləşmiş aviaquruculuq korporasiyası”nın rəhbəri Mixail Poqosyan vəzifəsindən getməli olub.
Poqosyanın getməsindən sonra isə T-50-lərlə bağlı vəziyyət ümumiyyətlə pisləşib. Beləliklə, 2017-ci ildə şirkətə 50 Su-57 sifariş etməyi planlayan Rusiya Müdafiə Nazirliyi bunu 12 ədədə qədər endrməli olub.

Özü də hələ bu 12 təyyarə bundan sonra bir neçə sınaq mərhələsini keçməlidir – düz 2025-ci ilə qədər…
”Suxoy”isə 10 təyyarədən sonra istehsalın dayandırıldığını duyurub.

İndi Kreml, T-50-ləri Suriya səmalarına atmaqla açıq şəkildə həmin prototiplərin gələcəyi və onları sürən pilotların həyatları oynayır.

Rusiya döyüş əməliyyatlarının ən qızğın nöqtələrinə 2 “görünməz”, əslində isə adi gözlə hər kəs tərəfindən müşahidə edilə bilən, natamam avadanlığa və sensorlara, yanğına nəzarətin işlənməmiş sistemlərinə, hələ istənilən səviyyədə fərdi müdafiə sistemlərinə malik olmayan, habelə göyərtəsində müasir avionika (avionika- Aviasiya sistemində elektron təyyarə sistemləri, süni peyklər və kosmik nəqliyyat vasitələri üçün istifadə ümumi termindir-red.) təchiz edilməyən, ən əsası qeyri-sabit mühərrikə malik təyyarələrini göndərir. Üstəlik, bu tip təyyarələri təcrübəsiz və onun avionika sistemini tam bilməyən pilotlar idarə etməlidir…”

İnterpress.az