Bakıda Novruz yarmarkaları başlayır – ƏHALİNİN NƏZƏRİNƏbackend

Bakıda Novruz yarmarkaları başlayır – ƏHALİNİN NƏZƏRİNƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Trend-ə istinadən xəbərinə görə, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.
ADVERTISING

Onun sözlərinə görə, fevralın 27-dən etibarən bayram yarmarkaları üçün çadırlar quraşdırılır:

\”Artıq ötən gündən bayram yarmarkaları üçün çadırlar quraşdırılır. Bu gündən onların fəaliyyətinə icazə veriləcək. Artıq 5 yerdə – \”Gənclik\”, \”Nərimanov\”, \”28 may\”, \”İnşaatçılar\” və \”Koroğlu\” metro stansiyalarının yaxınlığında belə çadırlar quraşdırılır. Yaxın günlərdə daha 5 yerdə bayram yarmarkaları üçün çadırların quraşdırılması nəzərdə tutulur\”.

Ə.Bağırov bildirib ki, yarmarkaların təşkil edilməsində məqsəd bayramqabağı paytaxtda qiymət artımının qarşısını almaq və küçə ticarətini həmin yarmarkalara cəlb etməkdir.

Qeyd edək ki, yarmarkalar martın 25-dək davam edəcək.

İnterpress.az