Qənirə Paşayeva Orduxanla çəkilən selfie fotosundan DANIŞDIbackend

Qənirə Paşayeva Orduxanla çəkilən selfie fotosundan DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ölkə.Az”a istinadən xəbər verir ki, Q.Paşayeva həmin fotonun bir neçə il öncə Avropa Şurasının iclaslarında iştirakı zamanı çəkildiyini söyləyib:

\”Avropa Şurasında xeyli zaman əvvəl iclasa tələsərkən bir azərbaycanlının \”sizinlə foto çəkdirəcəm”,- deyərək qəfil kənardan çəkdiyi bir selfie fotonu və elə o fotoda onun necə bir şəraitdə çəkildiyini görmək mümkün olduğu halda ağlına gələni yazaraq guya mənim əleyhimə təbliğat aparmaq düşüncəsinə düşənlərə sadəcə bunu söyləmək istəyirəm:

Millətimiz hər şeyi yaxşı görür və bilir. Hər hansı tədbirlərdə bizə yaxınlaşaraq foto çəkdirmək istəyən bəzən onlarla soydaşımızdan orada kimliyini sorğulamağın mümkünsüzlüyünü, onların hamısını tanımağın, nə ilə məşğul olduğunu araşdırmağın imkansızlığını, və yaxud kənardan yaxınlaşaraq qəfil sizinlə uzaqdan bir selfi kadrı çəkən insanla bağlı araşdırma aparmağın mümkunsüzlüyünü də insanlar gözəl başa düşürlər. Odur ki, özünüzü bu qədər gülünc yerinə qoymayın!”.
Xanım deputat sosial şəbəkələrdə ona qarşı qarayaxma kampaniyası aparan şəxslərə də sərt cavab verib:

\”Bir az əvvəl İzmirdə Xocalı soyqırımı tədbiri sonrası dostlar mənə əleyhimə bəzi \”mənbə\”lərin başlatdığı şər-böhtan, qara piar kampaniyası haqqında bəzi yazılar göstərdilər. Nə deyim, Allah sizə ağıl versin! O qədər ağılsızsınız ki, ağıllı, məntiqli bir qaralama kampaniyası da düşünə bilmirsiniz. Nə zaman işğalçı Ermənistanla bağlı, separatçılarla bağlı, qardaş Türkiyəyə qarşı olan terrorçu təşkilatlarla bağlı sərt açıqlamalarım geniş yayılır, əleyhimə hansısa mənbələrin təbliğatı, şər-böhtan kampaniyası da başlayır. Bəzi kimliyini bildiyim şəxslər mənə bəlli səbəblərdən dolayı yandaşları vasitəsilə əleyhimə bu cür şər-böhtanları yayma fəaliyyəti aparır. Adınızı açıqlamaq o qədər çətin deyil. Sadəcə adınızı yazmağıma belə layiq deyilsiniz. Mən Türk qızıyam. Allahdan belə qorxmadan şər-böhtan,yalanla məşğul olanlardan və onların anti-təbliğatlarından qorxsaydım, illərlə Dövlətim, Vətənim və Millətim üçün mübarizə apara bilməzdim. Çünki illərlədir bu cür yalanlarla, şər-böhtanlarla mənə təsir etmək istəyənlər az olmadı”.

İnterpress.az