Ermənistana yeni prezident seçildi – yenə Sərkisyan, yeni Sərkisyanbackend

Ermənistana yeni prezident seçildi – yenə Sərkisyan, yeni Sərkisyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeganə namizəd Armen Sərkisyan gizli səsvermədə 90 deputatın səsini toplayıb. 10 deputat onun əleyhinə səs verib.

Yalnız dövlət başçısı funksiyası daşıyan prezidentin səlahiyyət müddəti 7 ildir. Bir şəxsin yalnız bir dəfə prezident seçilmək hüququ var. Səlahiyyət müddətində prezidentin partiya üzvü olması qadağandır.

Armen Sərkisyanı hakim fraksiya namizəd irəli sürüb. Fraksiyaya Respublika Partiyası (105 mandatdan 58-nə sahibdir) və Daşnaksütun Partiyası (7 mandatı var) daxildir. 31 mandatı olan Sarukyan bloku da Armen Sərkisyana dəstək verib. 9 mandatı olan “Çıxış” bloku namizəd göstərə bilməyib. Bunun üçün 27 deputatın dəstəyi tələb olunur.

2008-ci ildən Ermənistan dövlətinə başçılıq edən Serj Sərkisyanın prezident postunda səlahiyyət müddəti bu il aprelin 9-da başa çatır. Həmin gün ölkə tam parlament idarə üsuluna keçəcək, icra hakimiyyətinə baş nazir rəhbərlik edəcək.

Armen Sərkisyan 1953-cü ildə Yerevanda anadan olub. Yerevan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini və aspiranturasını bitirib. Fizika-riyaziyyat elmləri namizədidir.

1978-ci ildən Yerevan Dövlət Universitetində müəllim işləyib. 1984-1985-ci illərdə Böyük Britaniyanın Kembric Universitetində çalışıb. 1985-ci ildə Ermənistana qayıdıb və Yerevan Dövlət Universitetində fəaliyyətini davam etdirib.

Armen Sərkisyan 1992-1995-ci, 1998-2000-ci illərdə Ermənistanın Böyük Britaniyada səfiri olub. 2013-cü ildən yenidən bu ölkədə səfir idi.

O, müxtəlif illərdə Ermənistanı Avropa İttifaqında, Belçika, Niderland, Lüksemburq və Vatikanda səfir kimi təmsil edib.

1996-cı ilin noyabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub. (novator.az)

İnterpress.az