Xalq artisti tərəfindən zorlandığını iddia edən aktrisa aksiyaya başladıbackend

Xalq artisti tərəfindən zorlandığını iddia edən aktrisa aksiyaya başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə aktrisa özünün “Instagram” sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, izləyicilərinə müraciətlə yazıb: “Qızlar, qadınlar, həmkarlar, əgər kimsə Mark Rozovskinin seksual xarakterli hərəkətləri ilə üzləşibsə, mənə yazsın. Biz dünyanı birlikdə dəyişdirəcəyik”.

“Reytinqi kim yaradır — xalq, insanlar. Sizin zamanınız gəlib! İndi ola bilsin, incəsənətdəki bütün çirkaba bulaşmış adamlar məni məhv etmək üçün birləşəcəklər. Oturub bunu sakitcə seyr etmək olmaz. Mən sizinləyəm və yalnız siz Rozovski ilə nə etmək lazım gəldiyinə qərar verə bilərsiz. Mən SSRİ-də doğulmuşam”, — deyə Abbasquliyeva bildirib.

Müğənni dediklərinin həqiqət olduğunu sübuta yetirmək və Mark Rozovskini cəzalandırmaq üçün axıradək getmək niyyətindədir.

Qeyd edək ki, Mark Rozovski təcavüz faktını təkzib edir və bunun aktrisanın uydurması olduğunu deyir.

Fatimə Abbasquliyeva Azərbaycanda doğulub. Erkən yaşlarından oxumağa başlayıb. On beş yaşında “Miss Azərbaycan” titulunun sahibi olub. 17 yaşında Azərbaycanın müstəqil musiqi mükafatı olan “Qızıl mikrofon”un iki nominasiyada qalibi olub. Onu vətənində “Azərbaycanın Lolitası” adlandırırlar. 19 yaşında o, vətənində hər şeyi buraxıb Moskvanı fəth etməyə gedib.

Moskvada Rusiya Teatr Sənəti Universitetinə daxil olub və Mark Rozovski ilə də orada tanış olub. Aktrisa bu günlərdə “Rossiya 1” telekanalının Andrey Malaxovun aparıcısı olduğu “Pryamoy efir” (“Birbaşa efir”) verlişinin qonağı olub və orada 12 il əvvəl Rusiyanın Xalq artisti Mark Rozovski tərəfindən təcavüzə məruz qaldığını bildirib.

Mark Rozovski Rusiyanın məşhur teatr rejissoru, dramaturq, ssenari müəllifi, bəstəkar, yazışı, şair və “U Nikitskix vorot” teatrının bədii rəhbəridir. (sputnik.az)

İnterpress.az