“İnvestorları Ələt Azad İqtisadi Zonasına cəlb etmək üçün çalışmalıyıq”backend

“İnvestorları Ələt Azad İqtisadi Zonasına cəlb etmək üçün çalışmalıyıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.

M.Xəlilov bildirib ki, bu zonanın Ələtdə planlaşdırılması olduqca vacibdir:

\”Bu yer görüntü kimi elədə cəlbedicidi deyil. Lakin biz bu zonaya investorları cəlb etmək üçün çalışmalıyıq. Bunun üçün vasitə axtarmalıyıq. Bu zonada kifayət qədər işlər görülüb, yaşıllıqlar salınıb, ancaq bu qənaətbəxş deyil. Gələcəkdə şəhərsalma planı həyata keçirilməlidir. Böyük bir şəhərciyin burada salınması üçün imkanlar var. Hətta peşə təhsil kompleksidə burada salına bilər. Əsasən də peşə təhsili məktəblərinə üstünlük verilməlidir. Görülücək işlər ardıcıl həyata keçirilməlidir ki, investorlar üçün cəlbedici olsun\”.

İnterpress.az