Spiker: “Bütün millət vəkilləri Ələt Azad iqtisadi zonası barədə mütəxəsissə çevriliblər”backend

Spiker: “Bütün millət vəkilləri Ələt Azad iqtisadi zonası barədə mütəxəsissə çevriliblər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, qanun layihəsi haqqında Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov məlumat verib.

Vitse-spiker deyib ki, layihəyə əsasın texniki dəyişikliklər edilib:

“Birinci oxunuş zamanı bəzi həmkarlarımız məsələlər qaldırdı. Bu məsələlərdə nəzərə alınıb. Eyni zamanda redaktə xarakterli işlər aparılıb. 8-ci maddənin 8.3.2 bəndinə “ödəmələr” sözü artırılıb. Bundan öncə isə ancaq dvidentlər ifadəsi mövcud idi. 11-ci maddədə hüquq və vəzifələr sözlərinin yeri dəyişdirilib. 11.2 maddəsində infrastruktur sözü daha əhatəli şəkildə ifadə olunub”.

Spiker Oqtay Əsədov isə bildirib ki, bu qanun layihəsi Milli Məclisdə o qədər müzakirə olunub ki, artıq bütün millət vəkilləri Ələt Azad iqtisadi zonası barədə mütəxəsissə çevriliblər.

Millət vəkilli Əli Məsimli qanunun birinci oxunuşdan ikinci oxunuşa keçidddə xeyli dəyişiklər olub:

“Burada təkcə millət vəkillərinin dedikləri yox, tənqidi münasibətdən yanaşaraq dəyişiklər edilib. Bu dəfə də təkliflərin nəzərə alınacağına inanıram. Qanunun müzakirəsi zamanı onun Konstitutsiyaya uyğunluğu, Beynəlxalq hüquq normalara və hüquqi normativ aktlara uyğunluğu məsələsi qaldırıldı. Birinci müzakirədə qanunun Konstitutsiyaya uyğunluğu aydın oldu. Lakin hər hansı hüquqi şəxsin istifadəsinə verilən əraziyə sahibkarlıq və sərəncam vermək hüququ olmalıdır.Bu məsələ də qanuna əlavə edilməlidir. Ələt Azad İqtisadi zona Dubay modelidirsə, demək bu beynəlxalq aləmdə tətbiq edilən üsuldur. Qanunda “hüquqi rejimi” əvəzinə hüquqi rejimin əsasları ifadələri yazılmalıdır.Qanunun sonuna onun qüvvəyə minməsi ilə bağlı əlavənin edilməsinə ehtiyac var”.

Aydın Hüseynov qanun layihəsnin bütün parametrlərinə görə mükəmməl olduğunu deyib. Millət vəkili qanunun 18-c maddəsinə münasibət bildirib:

“Azad Zonanın sərhədi və ya sərhədinin bir hissəsi Azərbaycan Respublikasının dövlət sərhədi ilə üst-üstə düşdüyü halda, Azad Zonada əsas iqtisadiyyatın qanunvericiliyi ilə müəyyən edilmiş dövlət sərhəd rejimi tətbiq olunur cümləsi yer alıb. Lakin bu qanun konkret olaraq Ələtə aiddir, Ələtin sərhədləri Azərbaycan sərhədləri ilə üst-üstə düşmədiyindən bu maddəyə ehtiyac olmadığını düşünürəm”.

Mirzəcan Xəlilov isə əlavə edib ki, Azad iqtisadi zona üçün Ələt ən uğurlu bölgədir. Ancaq Bakıdan Ələt istiqamətinə gedəndə Qobustanı keçəndən sonra bir boşluq ərazi qalıb:

“Bu mənada xarici investor və yerli sahibkarları həmin bölgədə fəaliyyətə cəlb etməliyik”.

Millət vəkillərinin fikirlərinə münasibət bildirən V.Ələsgərov əlavə dəyişiklər üçün fikirlərə açıq olunduğunu bildirib:
“Birinci oxunuşdan sonra deputatlar tərəfindən bir sıra təkliflər olub. Ad çəkmək istəmirəm, lakin millət vəkilləri təsdiq edər ki, onların təklifləri nəzərə alınıb. Biz bu qanunu beynəlxalq səviyyəyə uyğun hazırlamalıyıq, ona görə də dil məsələsində bəzi anlaşmazlıqlar ola bilər. Lakin qeyd etməliyəm ki, Azərbaycan hüquqşünasları bu qanunun dili üzərində işləyib. Sərhədlə bağlı təklif məni təəccübləndirdi, çünki Ələtdə gəmi limanından bəhs ediriksə, sərhəd məsələsi burada da tətbiq ediləcək. Mənim qapım qanunun müzakirəsi üçün hər zaman açıqdır. Çünki hamımız dövlət və millətin xeyrinə olan qanun hazırlamaq istəyirik”.

Qanun ikinci oxunuşda qəbul edilib.

İnterpress.az