İran Avropanı “Trampın nazı ilə oynamaqda” ittiham edirbackend

İran Avropanı “Trampın nazı ilə oynamaqda” ittiham edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhəmməd Cavad Zərif bu fikirlərini Tehranda fransalı həmkarı Jean-Yves Le Drian ilə görüşməzdən əvvəl bir qəzetə verdiyi müsahibədə ifadə edib.

Zərif bu müsahibədə Avropa ölkələrini Washington-un təzyiqlərinə boyun əyməkdə ittiham edib və deyib ki, İranın raket proqramı və ya Yaxın Şərqdəki rolu barədə ifadə edilən narahatlıqlar \”riyakar və təhklükəlidir\”.

\”ABŞ-ı İran nüvə sazişində saxlamaq naminə Avropa ölkələri ifrata varırlar. Biz bu məsələyə biganə qala bilmərik -İran xarıcı işlər naziri \”Etemaad\” qəzetinə deyib, – Avropa bunun peşmançılığını çəkəcək\”.

Trump ötən il İranın nüvə sazişinə əməl etdiyinə dair şəhadətnaməni imzalamaqdan imtina etsə də, hələlik ABŞ-ı bu razılaşmadan çıxarmayıb.

Ötən yanvarda o, İrana qarşı sanksiyaları donmuş vəziyyətdə saxlayıb, amma bildirib ki, bu, Tehrana verilən \”son şansdır\”. Prezident mövcud qaydalara görə ABŞ Konqresinin tələbi ilə irəli sürülmüş sanksiyaları hər 120 gündən bir dondura bilər.

ABŞ prezidenti habelə Avropa müttəfiqlərini İranla nüvə sazişindəki \”əhəmiyyətli qüsurları\” aradan qaldırmağa çağırıb.

O deyib ki, Avropa müttəfiqləri onun bu tələbini yerinə yetirməsə, o, bundan sonra Tehrana qarşı sanksiyaların qarşısını kəsməyəcək.

Öz növbəsində İran özünün raket proqramının bu sazişə heç bir aidiyyəti olmadığını və nüvə sazişinə düzəliş edilməsi ilə razılaşmayacağını bildirib.

\”Hazırda iki qrup nüvə sazişini pozub. Bunlardan biri Birləşmiş Ştatlar, digəri isə Avropadır. Amerikalılar bunu Washington-nun, Avropalılar isə ABŞ-ın siyasətinə görə edirlər,\” -Məhəmməd Cavad Zərif deyib.

Nüvə proqramı ilə bağlı bütün sanksiyalar İranın üzərindən qaldırılsa da, Tehran bundan mənfəət görə bilmir. Çünki ABŞ-dan çəkinən böyük Avropa bankları İranla iş görməkdən ehtiyat edirlər.

Bankların belə çəkingən siyasəti İrana xarici investisiyaların gəlməsinin qarşısını alır. Məsələn, İranın Londondakı səfirliyi Britaniyada bank hesabı açmaqda çətinliklərlə üzləşib.

Münhen hava limanında Zərifin təyyarəsinə yanacaq doldurmaqdan imtina olunub. Halbuki o, ötən ay bu şəhərə mühüm təhlükəsizlik konfransında iştirak üçün gəlmişdi.

Örtən bazar ertəsi Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukia Amano bildirib ki, İran nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirməkdə davam edir.

O əlavə edib ki, nüvə sazişinin iflası böyük qlobal itki olardı.

Zərifin bu müsahibəsindən bir gün əvvəl fransız mediasına müsahibə verən Le Drian xəbərdarlıq etmişdi ki, İran raket proqramının müzakirəsindən imtina edərsə, özünü yeni sanksiyalara məruz qoya bilər.

Buna görə də bir qrup sərt xətt-hərəkət tərəfdarı Tehran hava limanına gələrək fransalı nazirə etirazlarını bildirmişdi.

\”Fransız xarici işlər naziri Tehrana səfərindən əvvəl İran xalqını təhqir etməkdən çəkinməyib\” – mühafizəkar \”Keyhan\” qəzeti yazıb. \”Cavan\” qəzetindəki sərlövhələrdən biri isə belə idi: \”Trump-ın parisli nökəri Tehrana gəlib\”.

IranPoll analitik mərkəzinin Maryland Universiteti ilə birlikdə apardığı rəy sorğusunun nəticələrinə görə, iranlıların 92 faizi ABŞ-ın münasibətlərin normallaşmasına mane olduğunu düşünür. Rəyi soruşulanların 58 faizi isə bildirib ki, İran belə münasibətə cavab olaraq özünün nüvə proqramının bəzi aspektlərinin işini bərpa etməlidir (BBC).

İnterpress.az