Eynulla Fətullayev düşmən dəyirmanına su tökməklə məşğuldurbackend

Eynulla Fətullayev düşmən dəyirmanına su tökməklə məşğuldur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu fikirləri İnterpress.az-a açıqlamasında Eynulla Fətullayevin Amsterdamda Azərbaycan xalqını təhqir etməsinə reaksiya göstərən Amerika Birləşmiş Ştatlarında Azərbaycan diasporunun tanınmış siması Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova deyib.

Çox təəssüflər olsun ki, Vətənimizin bu qədər xarici düşmənləri olduğu halda,mənfur düşmən necə deyərlər \”meydan suladığı\” bir zamanda bizim nadan,savadsız həmyerlilərimiz düşmən dəyirmanına su tökməklə məşğuldurlar. Fətullayev kimilər bu gözəl, hər gün çiçəklənən respublikamızdan danışmaq əvəzinə cəfəngiyat söyləyirlər.

O ki qaldı Azərbaycanın başqa ölkələrdə yaşayan qadınlarına, bu barədə həqarət etmək ən azından günahdır…

Biz,xarici ölkələrdə yaşayan azərbaycanlılar, öz doğma Vətənimiz üçün,dövlətimiz,dövlətçiliyimiz üçün hər zaman əlimizdən gələni edirik və edəcəyik.

Ana olan qadının ünvanına nalayiq sözlər demək hansı etikaya sığar. Bu insanların öz ana-bacıları yoxdumu?!

Bir də ki \”əyalət qadınları\” kəlməsinə, bu ayrıseçkiliyə nə gərək var ki?!

Mən çox təəssüf edirəm ki, mənim xalqımın bu düşüncəyə malik insanları var.

Mən qədim Şəki şəhərində doğulmuşam və bununla fəxr edirəm.Şəki mənim kiçik Vətənim,Azərbaycan isə canımdır!

İnterpress.az