Polis qız üstündə gənci vəhşicəsinə döyüb? DİN-dən AÇIQLAMAbackend

Polis qız üstündə gənci vəhşicəsinə döyüb? DİN-dən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qan içində olan fotolarını Y.Quliyevin yaxın qohumu Dəyanət Babayev sosial şəbəkədə paylaşıb.

Yusif Quliyevin döyülməsinə səbəb isə polis kapitanının qardaşı qızını sevməsi olub. Polis kapitanı Nəsimi Bağırov və qohmu FHN polkovnik-leytenantı Şahin Cəfərov Y.Quliyevi qanına qəltan edərək \”sən kimsən ki, bizim qardaşımızın qızını sevir, ona elçi göndərirsən?” deyə xəstəxanalıq ediblər.

big.az xəbər verir ki, hadisə ilə bağlı DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis leytenantı Məhəmməd Rzayev Unikal.org-a bildirib ki, deyilənlər həqiqəti əks etdirmir:

\”Həmin münaqişədə adıçəkilən polis əməkdaşı deyil, onun qardaşı Əfqan Bağırov olub. Məsələ ilə bağlı hazırda rayon prokurorluğunda araşdırma aparılır. Aparılan araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

İnterpress.az