“Burada vəzifələr satılır, azərbaycanlıların pulu yoxdur” – Dağıstanlı məmurbackend

“Burada vəzifələr satılır, azərbaycanlıların pulu yoxdur” – Dağıstanlı məmur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xartırladaq ki, Dərbənddə XIX əsrin sonu – XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət teatrı statusu alıb. 1944-cü ildə səhnə pərdələri müvəqqəti olsa da bağlanmış, lakin 1994-cü ildə yenidən teatr qapılarını tamaşaçılarının üzünə açmışdır. 1998-ci ildə teatra dövlət statusu verilib. Teatrın yerləşdiyi binada şəraitin qənaətbəxş olmadığını, təchizatın müasir tələblərə cavab vermədiyini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 3 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması və təchizatı məqsədi ilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılıb. Buna baxmayaraq teatr hələ də təmirsizdir.

Məsələ ilə bağlı Femida.az-a Dərbənd Dövlət Azərbaycan Dram Teatrının direktoru Firdovsi Əsgərov açıqlama verib. O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin tetr üçün ayırdığı pul onlara gəlib çatmayıb:

“Teatr dəfələrlə müxtəlif səbəblərdən bağlanıb. Bu ilk dəfə inqilab dövründə baş verib. Teatrımızın hazırda binası yoxdur. Azərbaycan Dərbənd Dövlət Teatrına bina üçün 5 milyon pul ayırsa da, bina hələ də qəza vəziyyətindədir. 10 il əvvəl isə tikinti dayandırıldı. Deyildi ki, pul kifayət etmədi. Yarımçıq binada fəaliyyət göstəririk. Azərbaycan o pulu Dağıstan dövlətinin müraciətilə ayırmışdı. Bizə bina tikmək üçün ayrılan yer müxtəlif bəhanələrlə əlimizdən alındı. Dedilər ki, ərazi müxtəlif fiziki şəxslərə aiddir. Heydər Əliyev prospektində, Nizami Gəncəvi parkının yaxınlığında bizə 6 ha yer ayrılmışdı. Ayrılan yeri bizə bəhanələr gətirərək vermədilər. Dərbəndin azərbaycanlı əhalisi bundan çox narahatdır. Dağıstanda ilk açılan teatr Azərbaycan teatrıdır. Dağıstanın ən qədim, köklü xalqı bizik. Çox narahatıq. Digər millətlərin bizə münasibəti pis deyil. Dünyanın harasına getsək, Azərbaycan sənətini sevirlər”.

"Burada vəzifələr satılır, azərbaycanlıların pulu yoxdur" - Dağıstanlı məmur

Dərbənddə Azərbaycan dili probelmi var? Əgər varsa, bu teatr sənətinə necə təsir edir?

“Heyf ki, bizim Azərbaycan dili problemimiz var. Azərbaycan ədəbiyyatı heç vaxt öyrənməmişik. Dialektimiz fərqlidir. Gündəlik həyatımızda Azərbaycan dili az istifadə olunmağa başlayıb. Buna teatrın olmamağı da böyük təsir göstərir. Azərbaycanlı kadrlarımız çatmır. Bakıdan rejissorlar gətirməli oluruq. Məsələn bu yaxınlarda Sərdar Əliyevi dəvət etmişdik. “Çimnaz xanım yuxudadır” pyesini səhnələşdirib, Orenburqa qastrola getdik. Azərbaycanda demək olar ki, bütün rayonlarda qastrola getmişik. Dövlət teatrı statusu aldıqdan sonra bu imkanımız genişləndi. Bu məsələdə bizə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin bu məsələdə köməyi çox dəyir”.

"Burada vəzifələr satılır, azərbaycanlıların pulu yoxdur" - Dağıstanlı məmur

Dağıstan rəhbərliyinin azərbaycanlılara münasibəti necədir?

“Dağıstanın birinci xalqı olduğumuz halda burda heç kimik. Bizə heç kim kömək etmir. Dağıstan rəhbərliyi bizə baxmır. Hər cür ayrı-seçkiliklə qarşılaşırıq. Dövlət qurumlarına işə götürülmürük. Biz demirik ki, vəzifədə ancaq azərbaycanlı olsun. Amma bizim köklülüyümüz nəzərə alınmalıdır. Burada vəzifələr satılır. Yerli azərbaycanlıların pulu yoxdur. Digər millətlərin isə Moskvada oliqarxları çoxdur. Başqa yerlərin adamlarını bura vəzifəyə gətirirlər. Əvvəllər 60 faiz azərbaycanlı, qalanı isə digər millətlər idi. Azərbaycanlılar Dağıstanı tərk edir. Bakıda çoxlu qohumlarım var. Bakıyla Dərbəndi bir-birindən ayırmıram. Bizə Bakıda ləhcəmizə görə ləzgi deyirlər. Bunu başa düşmürük”.

"Burada vəzifələr satılır, azərbaycanlıların pulu yoxdur" - Dağıstanlı məmur

Dağıstan azərbaycanlıların bir çox probleminin olduğunu sadaladınız. Bəs üzləşdiyiniz bu çərinlikləri Azərbaycanda işıqlandırmağa çalışmısınız?

“Azərbaycan mediası Dağıstanla bağlı çox az xəbər işıqlandırır. Azərbaycan mediası hər hansı bir media qurumunun burada nümayəndəliyini aça bilər. Burdakı media nümayəndələri Bakıya xəbər göndərəndə bizə burada problemlər yaranır”.

Bəs azərbaycanlıların dini inanclarını yerinə yetirməyə şərait yaradılır?

“Burada həm sünni, həm də şiə məscidləri var. Əvvəllər sünnilər problemlər yaradırdı. Kriminal vəziyyət sabitləşib. Əvvəllər isə vəhabi məscidi var idi. Aqressiv idilər. İndi elə deyil.

"Burada vəzifələr satılır, azərbaycanlıların pulu yoxdur" - Dağıstanlı məmur

Dağıstan çoxmillətli respublikadır. Bu çoxluq içərisində milli adət-ənənələrimizi qoruya bilirsiniz?

“Ləzgilər, avarlar gəlib bizim xalq çalğı alətlərimizdə ifanə öyrənirlər. Sonra bizim toyları onlar aparır. Bizim dərbəndlilər milli çalğı alətlərindən də uzaqlaşır. Özümüzdə də günah çoxdur. Vəzifəyə gələnlərə quyu qazırlar. Onlar isə səs çıxartmır. Vəzifəyə gətirilən azərbaycanlıların rusdan, ləzgidən, avardan fərqi olmur. Milli ruhları, azərbaycançılıqları yoxdur. Ona görə də vəzifədə, rəhbərlikdə olan azərbaycanlılar çox da işə yaramırlar”.

"Burada vəzifələr satılır, azərbaycanlıların pulu yoxdur" - Dağıstanlı məmur

"Burada vəzifələr satılır, azərbaycanlıların pulu yoxdur" - Dağıstanlı məmur

İnterpress.az