Vladimir Putin: “İlk görüşdə Melaniya Trampı aldatmışam”backend

Vladimir Putin: “İlk görüşdə Melaniya Trampı aldatmışam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, görüş 2017-ci ildə Hamburqda keçirilən “G20” sammiti çərçivəsində baş tutub.

“Mən təkcə xanım Trampla yox, İtaliyanın baş nazirinin arvadı ilə də söhbət edirdim. Qadınlar bizim demoqrafiya üzrə proqramımızla maraqlanırdılar”,- deyə Putin dəqiqləşdirib.

Onun sözlərinə görə, xanımlara Rusiyadakı analara edilən yardım haqqında və demoqrafiya proqramı barədə geniş məlumat verib. Bundan başqa Putin Rusiya, Sibir, Kamçatka, balıq ovu, fauna, pələng və ayılardan da söz açıb. “Belə vəziyyətlərdə olduğu kimi, bir az yalan danışdım. Balıq ovu haqqında danışanda goplamamaq mümkündürmü?”,- deyə Putin əlavə edib. (ölkə.az)

İnterpress.az