Orduxan Teymurxanın “çetesi” Avropa azərbaycanlılarını təhdid edir FOTOFAKTbackend

Orduxan Teymurxanın “çetesi” Avropa azərbaycanlılarını təhdid edir FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar bəzi Avropa ölkələrində Azərbaycan dövləti və xalqının milli maraqlarına qarşı iyrənc siyasət yürüdən sözdə “siyasi mühacirlərin” və “dissidentlərin” erməni lobbisinə və bu lobbinin maliyyələşdirdiyi anti-Azərbaycan xarakterli şəbəkələrə xidmət etdikləri barədə faktlar üzə çıxmaqla yanaşı, həmin “çetelərin” onlara irad tutan vətənsevər azərbaycanlılara qarşı təhdid kampaniyaları barədə də informasiyalar daxil olmaqdadır. SİA xəbər verir ki, bu barədə müxbirimizə 28 ildir Almaniyada yaşayan iş adamı və ictimaiyyəti fəal Naibə Hacıyeva məlumat verib. Onun sözlərinə görə, Almaniyada yaşadığı dövrdə, xüsusilə, Bonn şəhərində onu tanıyan azərbaycanlılar, türkiyəli qardaş-bacılar, həmçinin, almanlar da daxil olmaqla yanaşı, digər millətlərin nümayəndələri hər zaman isti münasibət saxlayıb, xoş və dar günlərini bir arada bölüşüblər. “Hər zaman öz əcnəbi dostlarımıza Azərbaycanımızın təbliği və Ulu Öndər Heydər Əliyev ideologiyasının Vətənimə verdiyi nəhəng töhfələri barədə fikirlərimi çatdıraraq, ölkəmizin dinamik inkişafı, tərəqqisi barədə söhbətlər açıb, tədbirər düzənləmişəm”-deyə qeyd edən N.Hacıyeva azərbaycanlı olmağı ilə fəxr etdiyini vurğulayıb: “Bu hizzlər bizlərin harada olmasından, hansı ölkədə yaşamağımızdan asılı olmayaraq, mənliyimizin, özünüdərkin ali təcəssümüdür. Bu xüsusda, Almaniyada bu cür azərbaycanlı qardaş-bacılarımız kifayət qədərdir”.

Lakin Avropa ölkələrində öz vicdanlarını və mənəviyyatlarını anti-Azərbaycan xarakterli düşmən qüvvələrə satanların, bu vasitələrlə çirkin siyasət yürüdənlərin, xüsusilə, Orduxan Teymurxan, Məhəmməd Mirzəli və sairlərinin bir araya gəldikləri “çetelərin” öz Vətənlərinin, dövlətçilik maraqlarının müdafiəsinə qalxmış insanlara qarşı təhdid dili ilə çxış etmələri son anda N.Hacıyevaya da çatıb. Bununla bağlı müxbirimizlə apardığı telefon söhbətində fikirlərini çatdıran azərbaycanlı xanım bildirib: “Son zamanlar Avropada, cox asan yolla pul qazanmaq istəyənləri, insan alverçilərini, yollara düsüb Azərbaycanımızın adına qara ləkə yaxmaq, ölkəmizi aşagılamaq istəyən, erməni mediasında ulduza çevrilmiş bir neçə qrup adamlara rast gəldik. Bu, çox üzücü və qəbuledilməz bir haldır. Həmin qrupa qarşı olaraq, hələ fevralın 25-də özümün və dostlarımın təşəbbüsü ilə “Azərbaycanımızı və Prezidentimizi sevirik” aksiyasını keçirdim. Lakin bu aksiyadan sonra mənə bəlli milli xəyanətkarlar tərəfindən təhdidlər yağdırılmağa başlandı. Onlar məni social şəbəkədə və zənglərlə təhqir edir,nalayiq hərəkətlərlə hədələməyə başladılar”.

Almaniyalı azərbaycanlı soydaşımız bu kimi “çetelərin” heç də democrat, azadlıqsevər olmadıqlarını qeyd edərək bildirib ki, əslində, demokratiya deyilirsə, hər kəsin öz sözünü deməyə hüququ var: “Mənim də öz fikrimi deməyə hüququm var və bunun üçün heç kimdən icazə almalı deyiləm. Ona görə də həmin aksiyamdan sonra mənə həddindən cox hədə qorxu gələnler, təhqir edənlər, söyüş yağdıranlar indi də məndən qisas alacaqlarını bildirirlər. Saytınız vasitəsi ilə fürsətdən istifadə edərək, mənim sosial şəbəkədə dəstək videomu silməyi tələb edən bu milli xəyanətkarlara üzümü tutub deyirəm ki, sizlər insane alverçiləri və iftiralar atmaqla haram pul qazanırsınız, insanların şəxsiyyətinə tooxunub, ən iyrənc tərəflərinizi nümayiş etdirirsiniz. Bizlər isə Vətənə dövlətə, xalqa xeyir, səmərə verməklə və sizlərdən fərqli olmaqla alnı açıq azərbaycanlıyıq! Siz, bu əməllərinizlə heç nəyə nail ola bilməyəcəksiniz, çünki Azərbaycan xalqı sizin kimi ünsürlərə nifrət edir”.

N.Hacıyeva onu təhdid edən “çetelər” barədə müvafiq diplomatic orqanlara, eləcə də Almaniya polisinə müraciət etdiyini və tezliklə həmin insanların layiq olduqları cəzalara çatdırılacaqlarını bildirib.

Orduxan Teymurxanın “çetesi” Avropa azərbaycanlılarını təhdid edir FOTOFAKT

Orduxan Teymurxanın “çetesi” Avropa azərbaycanlılarını təhdid edir FOTOFAKT

Orduxan Teymurxanın “çetesi” Avropa azərbaycanlılarını təhdid edir FOTOFAKT

Orduxan Teymurxanın “çetesi” Avropa azərbaycanlılarını təhdid edir FOTOFAKT

Orduxan Teymurxanın “çetesi” Avropa azərbaycanlılarını təhdid edir FOTOFAKT

İnterpress.az