Xorvatiya və Qırğızıstan prezidentləri İlham Əliyevə başsağlığı verdibackend

Xorvatiya və Qırğızıstan prezidentləri İlham Əliyevə başsağlığı verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç qeyd edir: “Hörmətli cənab Prezident. Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində insanların ölümü ilə nəticələnmiş yanğın barədə xəbər məni dərindən kədərləndirdi. Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə bu faciəli hadisə ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm. Ölkənizin vətəndaşlarının kədərini bölüşür, həlak olanların ailələrinə səbir diləyirik. Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz”.

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov: \”Hörmətli İlham Heydər oğlu. Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində çox sayda insanın ölümü ilə nəticələnmiş yanğın haqqında faciəli xəbər məni ürəkdən kədərləndirib. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onların kədərinə şərik olduğumu bildirir, bu hadisə nəticəsində xəsarət alanların hamısının tezliklə sağalmasını arzu edirəm”.

İnterpress.az