DSX-dən əməliyyat: Suriyalı şəxs belə saxlanıldı – FOTObackend

DSX-dən əməliyyat: Suriyalı şəxs belə saxlanıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 7 mart tarixində Lənkəran sərhəd dəstəsinin Astara şəhəri yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən nəzarət zolağında İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası istiqamətində naməlum şəxsin ayaq izləri aşkar olunub.

Təxirəsalınmaz sərhəd axtarışı tədbirləri nəticəsində sərhəd pozucusu Astara-Ərçivan magistral yolunda yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılıb. Onun 1990-cı il təvəllüdlü Suriya vətəndaşı Tahir Əli Əbdülsalam oğlu olması müəyyənləşdirilib.

Sərhəd pozucusunun üzərindən 2 ədəd özünə məxsus Suriya vətəndaşının pasportu, 2 ədəd qovluqda Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Belarusiyanın xəritələri, 1 ədəd dini kitab, 578 ABŞ dolları, 1300 avro, 170000 İİR rialı aşkar olunub.

Fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DSX-dən əməliyyat: Suriyalı şəxs belə saxlanıldı - FOTO

İnterpress.az