Polis şöbəsində dindirilən kişi özünü 3-cü mərtəbədən atdı – Narkoman imişbackend

Polis şöbəsində dindirilən kişi özünü 3-cü mərtəbədən atdı – Narkoman imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın APA-ya istinadən məlumatına görə, rayon sakini 1970-ci il təvəllüdlü Şükürov Tofiq Feyruz oğlu Polis Şöbəsində dindirilən zaman 3-cü mərtəbədən özünü yerə atıb.

Ağır bədən xəsarətləri alan T. Şükürov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Report Tovuz Rayon Polis Şöbəsində dindirilmə zamanı özünü 3-cü mərtəbədən atan şəxslə bağlı bir sıra təfərrüatları yayıb.

Məlumata görə, bu gün saat 17 radələrində polis şöbəsində dindirilən rayon sakini, 48 yaşlı Tofiq Şükürovun narkotik vasitə istifadəçisi olduğu bildirilir.

İlkin məlumata görə, hadisə baş verən zaman T.Şükürov narkotik vasitənin təsiri altında olub. Hazırda xəstəxanada müalicə olunan yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az