Gənc qız özünü 4-cü mərtəbədən atdı – Zaqatalada dəhşətli hadisəbackend

Gənc qız özünü 4-cü mərtəbədən atdı – Zaqatalada dəhşətli hadisə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 17 radələrində Zaqatala şəhəri İmam Şamil küçəsində, “Köhnə bazar” adlanan ərazidəki yeddimərtəbəli yaşayış binasının sakini 1991-ci il təvəllüdlü Günay Murad qızı Balayeva özünü dördüncü mərtəbədən yerə atıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Günay Balayeva travmatikşok vəziyyətdə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.

MRX-dan verilən məlumatda bildirilir ki, G.Balayeva son zamanlar əsəb xəstəliyindən əziyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az