Rusiyalı qadın Bakıda uşaqlarını axtarırbackend

Rusiyalı qadın Bakıda uşaqlarını axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Binəqədi rayonunda ki azyaşlı uşaq itkin düşüb. Bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlum olub ki, itkin düşənlər Rusiya vətəndaşı, 1989-cu il təvəllüdlü Svetlana Viktorovna Klimakovanın uşaqlarıdır. İlkin məlumata görə, martın 7-si saat 16:00 radələrində, 2014-cü il təvəllüdlü Səbinə Elsevərovna və bir yaşlı Züleyxa Elsevərovna özləri qapını açaraq mənzildən çıxıblar.

Valideynlər əvvəlcə qızlarını öz güclərinə axtarmağa başlayıblar. Lakin sonra, martın 8-də yardım üçün Binəqədi rayon Polis İdarəsinin 5-ci bölməsinə müraciət ediblər. Təəssüf ki, hələlik asayiş keşikçiləri uşaqları tapmağa nail olmayıblar, lakin bu istiqamətdə iş gedir.

İnterpress.az